Əsas Səhifə > Şou-biznes > “GUYA MƏN AZƏRBAYCAN BAYRAĞINI TƏHQİR ETMİŞƏM”
“GUYA MƏN AZƏRBAYCAN BAYRAĞINI TƏHQİR ETMİŞƏM”7-06-2012, 13:25 |
STİLİST HƏLƏ DƏ ETDİYİNİN FƏRQİNDƏ DEYİL İctimaiyyət tərəfindən Azərbaycan bayrağını təhqir etməkdə günahlandırılan stilist Samir Əliyev Daxili İşlər Nazirliyinə çağırılıb. Stilistin ANS PRESS-ə verdiyi məlumata görə, izahatı alındıqdan sonra sərbəst buraxılıb: "Mənə dedilər ki, guya mən Azərbaycan bayrağını təhqir etmişəm. Vəkilimlə getdim və izahat yazdım. Məni az qala xalq düşməni etmiş o şarfı satın aldığımı və heç bir mənfi məqsədlə boynuma taxmadığımı yazdım." Stilist izahatı alındıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, qalmaqallı şarf dünya şöhrətli modelyer Aleksandr Makquen (Alexander McQueen) tərəfindən ötən ilin sonunda məxsusi olaraq Azərbaycan üçün məhdud sayda çanta və şərf kolleksiyası hazırlanıb. Milli simvolumuzun rəngləri ilə bəzədilmiş bu kolleksiyanı ancaq əvvəlcədən sifariş verməklə əldə etmək mümkün olub. Kolleksiyanın təqdimatı 27 dekabr 2011-ci ildə "Emporium Port Baku" mağazasında olub. Geri qayıt |