Əsas Səhifə > Şou-biznes > AYGÜN RÖYANIN ARDINCA DANIŞDI

AYGÜN RÖYANIN ARDINCA DANIŞDI


7-06-2012, 13:28
AYGÜN RÖYANIN ARDINCA DANIŞDI

“GƏLDİYİ İLK GÜNDƏN ETMƏK İSTƏDİYİNİ MƏNƏ ETDİ”

Tanınmış aparıcı Kamilə Babayevanın toy mərasimində bir çoх tanınmış sənətçilərlə yanaşı Röya və əməkdar artist Aygün Kazımova da iştirak edib. Lakin onların bir-birinə qarşı mnasibətləri heç də хoşagələn olmayıb. Belə ki, iki tanınmış müğənninin arasında mübahisə düşüb və sonra Röya toyu tərk edib. Röya Ayхanın prodüsseri Kənanla əlaqə yaradıb məsələyə münasibət öyrəndik: «Bəli, Röya ilə Aygün Kazımovanın arasında mübahisə düşüb. Amma Röya хanım bu məsələyə bir daha qayıtmaq istəmir. Olan oldu, keçən keçdi. Röya хanım mahnı ifa etmədən toyu tərk edib».

Milli.Az-ın məlumatına görə, toyda baş vermiş dava haqqında müğənni Aygün Kazımova Day.Az saytına açıqlamasında deyib: "Bəli, mənə xoş deyil. Lakin heç nə sevimli Kamilənin şad gününə sevinməyə mane olmur. İndi də mən dostlarımlayam və onun toyunu qeyd etməyə davam edirəm. Yaralarımı sarımağa getməmişəm. Röya ilə dava haqqında isə deyə bilərəm ki, o, səhnəyə gəldiyi ilk gündən etibarən etmək istədiyini edə bildi - mənə ilişdi. O yaradıcılıq tərəfindən mənimlə rəqabət apara bilmədi, ona görə də mənə fiziki güc tətbiq etməyi qərara aldı. Orada olan hamıdan hadisənin necə olduğunu soruşun. Kim yalan danışsa, sadəcə olaraq, həmin adam orada olmayıb", - müğənni əlavə edib.

Toyda iştirak edən qonaqlar isə deyiblər ki, davanı Röya başladıb. Rəqs meydanında onları ayırandan sonra müğənnilər öz yerlərinə keçib oturublar. Lakin Röya sonradan Aygünün əyləşdiyi masaya yaxınlaşıb. Aygün qədəhi Röyanın üzərinə atıb, lakin qədəh Röyaya çatmamış başqa yerə dəyib sınıb. Bundan sonra Röya heç mərasimdə oxumadan toyu tərk edib. Kamilə isə bu hadisələr barədə Röyanın gedişindən sonra xəbər tutub.
Aygün isə toyda oturmağa davam edib və hətta yeni evliləri təbrik də edib.

Geri qayıt