Əsas Səhifə > Güney Press, Reklam > ŞOK: HƏR AY 300 DƏQİQƏ QAZANMAQ ŞANSI

ŞOK: HƏR AY 300 DƏQİQƏ QAZANMAQ ŞANSI


7-06-2012, 13:41
ŞOK: HƏR AY 300 DƏQİQƏ QAZANMAQ ŞANSI

“BAKCELL”-DƏN SUPER TƏKLİF

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyasını elan edir. İndi Siz nömrənizi yenidən aktivləşdirməklə hər ay 300 dəqiqə BONUS alacaqsınız!

Kampaniyada iştirak edən bütün CİN abonentləri öz işləməyən nömrələrini yenidən aktivləşdirib ilin sonuna qədər hər ay şəbəkədaxili zənglər üçün 300 dəqiqə bonus alacaqlar.

Bonus almaq üçün balansa hər ən azı 2 AZN yükləmək lazımdır. Kampaniya iyunun 1-dən iyulun 31-ə dək davam edəcək.

Kampaniyada nömrəsi 31 gündən artıq olan müddət ərzində (2012-ci ilin Mayın 31-ə dək) bağlı olan abonentlər iştirak edə bilər.

Bu təklif nömrəsi qısa müddət ərzində bağlı olan müştərilər üçün də etibarlıdır. Bu cür abonentlər ödəmə kartı yükləyib (2 AZN və daha yüksək) kampaniyaya qoşula bilərlər.

Nömrəsi daha uzun müddət ərzində bağlı olan abonentlər həmçinin nömrənin dublikatını əldə edib və ödəmə kartı yükləməklə bu kampaniyaya qoşula bilərlər.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Geri qayıt