Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU» RƏZALƏTİ
«BANK OF BAKU» RƏZALƏTİ19-10-2011, 12:55 |
MAŞINI HƏRRACA ÇIXARILAN VƏTƏNDAŞ İNTİHAR ETMƏK NİYYƏTİNDƏDİR DİA.AZ: - ««Bank of Baku» məni ölüm həddinə çatdırıb». Bu sözləri Bakı sakinlərindən birinin redaksiyamıza ünıvanladığı şikayət məktubunda yer alıb. Şikayətçi bildirir ki, bir il əvvəl aldığı maşını «Bank of Baku» tərəfindən qanunsuz olaraq əlindən alınıb: «Cəmi üç ay gecikməm oldu. Bu da maşınla qəza törətməyimlə bağlı idi. Və bildirim ki, maşınım ailəmi dolandıra bilməm və bankın kreditini ödəyə bilməm üçün yeganə vasitəm idi». «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ünvanlanan məktubda şikayətçi qeyd edir ki, əvvəllər vaxtlı-vaxtında krediti ödəsə də, məhz başına gələn qəzadan sonra müəyyən axsamalar yaranıb: «Bankın işçiləri də sanki bunu gözləyirmiş. Maşınımı qapımdan qanunsuz olaraq götürdülər. Sonra da başladılar maşınıma müştərilər axtarmağa. Hətta məndən maşınımın satılmasına zorla razılıq istəyirdilər. Mən də razılaşmadım. Bundan sonra məni maşınımın hərraca çıxarılacağı ilə hədələdilər və mənə bildirdilər ki, maşınım hərracda dəyərindən aşağı qiymətə satılacaq. Mən də onlara baş salmağa çalışdım ki, siz hərracın nəticələrini indidən necə bilə bilərsiniz. Bu da onlara kar etmədi. Və artıq maşınım hərraca çıxarılıb». Şikayətçi bildirir ki, bir neçə günə maşını satılacaq: «Əgər bu baş verərsə, özümü öldürəcəm. Çünki bu maşın ailəmi dolandıra bilməm üçün yeganə qazanc mənbəyim idi. Və bütün əlimdə olan ailəmin qızıllarını sataraq bu maşın üçün ilkin ödəniş eləmişdim. Əgər maşınımı satacaqlarsa, intihardan başqa yolum qalmır». Onu da xatırladaq ki, arxasında hakimiyyət içindəki iranmeyilli qüvvələrin dayandığı «Bank of Baku» hazırda ən çox şikayət olunan bank kimi diqqətə gəlib. Müştəriləri ilə amansız rəftarı bu bankın himayədarlarının gücünün təzahürü kimi də qəbul olunur. Məhz buna görə də «Bank of Baku» çox rahat-rahat ədliyyə nazirliyinin işçilərini də satın ala bilirlər. Geri qayıt |