Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN KÜRDLƏRİ TOPLANTI KEÇİRİB

AZƏRBAYCAN KÜRDLƏRİ TOPLANTI KEÇİRİB


9-06-2012, 10:37
AZƏRBAYCAN KÜRDLƏRİ TOPLANTI KEÇİRİB

KAMİL HƏSƏNOV YENİDƏN MƏRKƏZƏ SƏDR SEÇİLİB

DİA.AZ: - Az əvvəl barəsində müxtəlif xəbərlər yayılmış «Ronahi» Kürd Mədəniyyət Mərkəzi ilə bağlı yeni bilgilər əldə etmişik. Bu barədə qurumdan verilən açıqlamada bildirilir ki, 2 iyun tarixində mədəniyyət mərkəzinin ümumi yığıncağında Kamil Həsənov daha iki illik sədr seçilib.

Onu da bildirək ki, qurumdan DİA.AZ-a daxil olan məlumatda eyni zamanda «Ronahi» sədri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirilib və qeyd olunub ki, mərkəz sədrinin sağlıq durumu yerindədir və yayılan xəbərlərin heç bir əsası yoxdur:

«Bildiyiniz kimi, “Ronahi” Kürd Mədəniyyət Mərkəzi artıq 22 ildir ki, rəsmi olaraq fəaliyyət göstərir. Bu illər boyu biz həmişə Azərbaycanın yanında olmuşuq və dövlətimizə sədaqətlə xidmət etmişik. Azərbaycan və Kürd xalqları naminə, xalqlarımızın sarsılmaz dostluğu naminə çalışmışıq və çalışmaqdayıq.

Kürd Mədəniyyət Mərkəzinin 1993-cü ildən bəri sədri olan Kamil Həsənov cənablarının sağlamlıq durumu yaxşıdır. 2 iyun 2012 il tarixində “Ronahi” tərəfindən çağırılan Azərbaycan kürdlərinin ümumi yığıncağında isə cənab Həsənov yenidən 2 il müddətinə Mərkəzin sədri seçilmişdir. Seçkilər hər iki ildən bir Azərbaycan kürdlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə keçirilir. “Ronahi” isə həmişə olduğu kimi fəaliyyət göstərir, Mərkəzin mətbu orqanı olan “Denge Kurd” (“Kürdün Səsi”) qəzeti ayda bir dəfə işıq üzü görür, kürd dili, kürd milli rəqsləri kursları açılmışdır.

Əziz dostlar!

Azərbaycanda kürdləri təmsil edən yeganə təşkilat – “Ronahi” Kürd Mədəniyyət Mərkəzidir. Biz həmişə Azərbaycanımız naminə, xalqlarımızın dostluğu naminə atılan bütün addımları dəstəkləyirik və əməkdaşlığa hazırıq».


Geri qayıt