Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZERCELL”İN 4G YALANI
“AZERCELL”İN 4G YALANI9-06-2012, 11:02 |
MOBİL RABİTƏ İNHİSARÇISI ABONENTLƏRİ NECƏ ALDADIR? Bu günlərdə KİV-də Azərbaycanın mobil rabitə bazarının inhisarçı şirkəti - "Azercell"in 4G texnologiyasının tətbiqi ilə bağlı elan və reklamları kütləvi şəkildə yayımlandı. Amma həmin elan və reklam mətnləri faktiki olaraq həm ictimaiyyəti, həm də mobil operatorun öz abonentlərini aldatmaq məqsədi ilə şok bir yalanla bəzədilmişdi. Məsələ burasındadır ki, "Azercell" reklam və elanlarında özünü faktiki olaraq Azərbaycanda 4G-nin ilk tətbiqçisi elan etdi. Hansı ki, bu qətiyyən belə deyil. Azərbaycanın digər bir mobil rabitə provayderi artıq bir neçə aydır ki, 4Gni tətbiq edir. Bu barədə hələ o vaxtlar ictiaiyyətə geniş açıqlama da verilmiş, müxtəlif xəbərlərdə bu barədə bəhs edilmişdi. Gəlin əvvəlcə həmin xəbərlərdən biri ilə tanış olaq: "Bakcell şirkətlər qrupunun icraçı direktoru Riçard Şirer 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi kimi Bakcell şirkəti üçün 2011-ci il sürətli inkişaf ili kimi yadda qalıb… Şirkətin icraçı direktoru Bakcellin ölkədə yeganə 4G tezliyinə malik olan yeganə operator olduğunu da bildirib". Bu xəbərin yayılma tarixi bu il fevralın 22-dir. İndi isə "Azercell"in 4G-ni tətbiq etməsi barədə məlumatlardan birinə baş vuraq: ""Azercell" Azərbaycanda ilk dəfə olaraq 4G texnologiyasının tətbiqinə başlayıb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən şirkətin prezidenti Əli Ağan bildirib ki, sözügedən texnologiya dünyada geniş yayılmayıb. Belə ki, 4G hazırda dünyanın 37 ölkəsində, o cümlədən Avropanın 9 ölkəsində tətbiq olunur". Bəs bu xəbərin yayılma tarixi nə vaxtdır? 24 ay 2012-ci il! Yəni "Bakcell"in açıqlamasından hardasa 3 ay sonra! Elə isə sual yaranır: hansı məntiqlə "Azercell" Azərbaycanda 4G-nin "banisi" elan edir? Bu, vətəndaşların aldadılması deyilsə başqa nədr? Hətta bu günlərdə "Olaylar" qəzeti bir qədər də dərinə gedərək məlumat verdi ki, 4G xidməti Azərbaycanda xeyli əvvəl tətbiq olunmuşdu, hardasa düz 2 il qabaq! Hətta bu xidmət son bir ildə daha da təkmilləşdirilmişdi. Bütün bunları nəzərə aldıqda aydınca görünür ki, "Azercell"in 4G ilə bağlı reklam və elanlarında obyektivliklə bir araya sığmayan məqam var və bu, açıq-aşkar abonentlərin aldadılması, ictimaiyyətə yanlış məlşumat ötürməklə onun çaşdırılması deməkdir. İstisna etmirik ki, yazıda özünə yer alan məqamlar haqqında "Azercell"in də aydınlaşdırıcı, dəqiqləşdirci bir mövqeyi var və biz həmin mövqeni də işıqlandırmağa hazırıq. / gundeminfo.az / Geri qayıt |