Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR NAZİRİN GEDƏCƏYİ XƏBƏRİ YAYILIB

DAHA BİR NAZİRİN GEDƏCƏYİ XƏBƏRİ YAYILIB


9-06-2012, 11:37
DAHA BİR NAZİRİN GEDƏCƏYİ XƏBƏRİ YAYILIB

RAMİZ MEHDİYEV FİKRƏT MƏMMƏDOVUN YERİNƏ ÖZ OĞLUNU HAZIRLAYIR

DİA.AZ: - Prezident ailəsinin yaxın qohumu olan ədliyyə naziri Fikrət Məmmədovun gedəcəyi barədə məlumatlar yayılıb. Bu barədə DİA.AZ redaksiyasını məlumatlandıran Nazirlər Kabinetindəki qaynağın sözlərindən belə aydın olur ki, Fikrət Məmmədov bu gün hazırki iqtidar cameəsində ən səssiz fiqurlardan biri olsa da, artıq onun yerində də dəyişiliyin zamanı yetişib.

Bildirək ki, bir müddət əvvəl Misir Mərdanovun istefaya göndərilmə xəbəri yaılmışdı. Həmin ərəfədə Azərbaycandan kənarda olan təhsil naziri ilə bağlı yayılmış məlumatlar sonradan təsdiqini tapmadı. Amma faktdır ki, Misir Mərdanovun durumu gərgindir və onun gedişi ilə bağlı qərarın veriləcəyi gözləniləndir.

Amma ondan fərqli olaraq Fikrət Məmmədovun adı heç də ciddi qalmaqallarda hallandırılmır. Doğrudur, zamanında Azərbaycanın ədliyyə sistemi ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında ən çox korrupsiyalaşmış dövlət qurumlarından biri kimi səciyyələndirilirdi. Elə indinin özündə də durum yetərincə narahatvericidir. Sonuncu dəfə bu barədə yayılan hesabatların birində vurğulanır ki, Azərbaycanda ədliyyə sistemi gömrük və polisdən sonra üçüncü ən çox korrupsiyaya uğramış şəbəkədir.

Amma Fikrət Məmmədov heç də korrupsiya səbəbindən görəvindən alınmır. Mötəbər mənbənin iddalarına görə, onsuz da hakim elita yayında elə bir ciddi etimad sahibi olmayan nazir özünü hər zaman iynə üstündə otururmuş kimi aparıb. Belə ki, onun adının hələ bir neçə il əvvəl keçmiş Rabitə Naziri Nadir Əhmədovla bağlı qalmaqalda hallandırılması, eyni zamanda ona qarşı «obşıy katyol»dan pul gizlətmə ittihamlarının sübutlanması Fikrət Məmmədovun nüfuzuna böyük bir ərbə olub.

Mənbəmiz bildirir ki, sentyabr ayına hakimiyyət böyük kadr islahatları planlayır ki, bu prosesin ilkin hədəflərindən biri də Fikrət Məmmədovdur: «Fikrət Məmmədovun yerinə isə tamm yeni və özü də gənc bir kadr hazırlanır».

Onu da bildirək ki, bəzi mənbələr həmin posta hazırda Dövlət Miqrasiya Xidmətində rəis müavini postunu tutan Timur Mehdiyevin hazırlandığını bildirirlər. Timur Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. Əgər belə bir dəyişiklik baş verərsə, o zaman bunu Ramiz Mehdiyevin «varis planı» kimi də qəbul etmək olar.

Geri qayıt