Əsas Səhifə > Partiya > “KİM BEYƏT EDİRSƏ, HAKİMİYYƏTDƏ QALIR”
“KİM BEYƏT EDİRSƏ, HAKİMİYYƏTDƏ QALIR”9-06-2012, 11:41 |
“İSTƏMƏYƏNLƏR MÜXALİFƏTƏ ÜZ TUTURLAR” “Müxalifətdən iqtidara, iqtidardan da müxalifətə keçmək əqidə məsələsi deyil”.Bu fikirləri politoloq Zərdüşt Əlizadə son zamanlar iqtidar-müxalifət düşərgəsində baş verən yerdəyişmələri şərh edərkən Modern.az-a bildirib. Onun sözlərinə görə, insanların siyasi fəaliyyətində istiqamət dəyişməsi əqidə dəyişmək demək deyil: “Ümumiyyətlə, mən insanların bir partiyadan digərinə, həmçinin müxalifətdən iqtidara, iqtidardan müxalifətə keçməsinə normal baxıram. Məncə, bu məsələ insanların əqidəsi ilə əlaqədar deyil. Bu tarixən belə olub. İnsanlar müxtəlif səbəblərdən siyasi fəaliyyətlərində yerdəyişmələr edirlər” Politoloq partiya fəaliyyətində tez-tez dəyişiklik hallarının cəmiyyətdə anormal hal kimi qarşılanmasının düzgün olmadığını deyib. Z.Əlizadə bir zamanlar müxalifətdə olmalarına baxmayaraq, hazırda iqtidarda təmsil olunan insanları normal qarşılamağın tərəfdarı olduğunu vurğulayıb. “İndi qitidarda olanların çoxu o zamanlar müxalifət hərəkatında iştirak edənlər idi. Burada əsas məsələ yeni rəhbərə beyət etməkdir. Kim beyət edirsə, hakimiyyətdə qalır, istəməyənlər müxalifətə üz tuturlar. Müxalifətdən çıxıb iqtidara getmək... Bu mənə elə gəlir ki, əqidə dəyişmək demək deyil. İnsanlar sadəcə olaraq hansı tərəfi özlərinə yaxın bilirlərsə, ora da gedirlər. İbrahim Məmmədli, Əli Məsimli kimi insanlar öz istiqamətlərini dəyişməklə inanmıram ki, əqidələrini də dəyişdilər. Çünki onlar eyni əqidənin sahibi idilər. Elçibəyə qulluq etmək Heydər Əliyevə qulluq eləmək demək idi. Bu baxımdan kim hara istəyir getsin, burda qeyri-adi hal görmürəm”-deyə Z.Əlizadə əlavə edib. Qeyd edək ki, son zamanlar müxalifəti təmil edən siyasi partiyalar arasında bu cür hallar getdikcə çoxalır. Geri qayıt |