Əsas Səhifə > Sosial, Manşet > QUMARBAZ MƏMURLAR
QUMARBAZ MƏMURLAR20-10-2011, 11:00 |
“ŞƏXSƏN BİR NEÇƏ NAZİRİN QUMAR OYNADIĞINI GÖRMÜŞƏM” DİA.AZ: - Ayrı-ayrı dövlət məmurlarının qumara aludə olmaları barədə dəfələrlə yerli mətbuatda məlumatlar yayılıb. Və biz də oxucuların marağına səbəb olmasından yana, «Dünya» İnformasiya Agentliyi olaraq müəyyən araşdırmalar aparmaq qərarına gəldik. Və ortaya çox ilginc faktları çıxardıq. Araşdırmalarımız nəticəsində müəyyən edə bildik ki, əslində mərhum Heydər Əliyevin dövründə qadağan olmuş kazinolar hələ də Bakıda fəaliyyət göstərir. Bu barədə həmin kazinoların birində ofisiant işləyən Bakı sakini çox maraqlı olaylardan danışdı. «Mənim işlədiyim kazino, əslində restoran kimi fəaliyyət göstərir» deyən həmsöhbətimiz vurğuladı ki, amma gecələr çox nüfuzlu dövlət adamları, tanınmış iş adamları, məmur övladları və digər zəngin təbəqə nümayəndələri onların restoranlarında qumar oynayırlar: «Şəxsən bir neçə nazirin qumar oynadığını görmüşəm. Və deyim ki, onların arasında qumarın xəstələri də var». Onu da bildirək ki, bəzi məmurların adları redaksiyamıza açıqlansa da, onların kimlikləri barədə məlumatların yayılması qarşılığında haqsız məhkəmə təhdidinə məruz qalma ehtimalının yüksək olması səbəbindən bu barəə heç bir bilgi vermirik. Lakin bu vaxta qədər artıq adı qumar aludəçisi kimi hallandırılmış bəziləri ilə bağlı informasiyanı diqqətinizə çatdırırıq. Dəmiryolu idarəsinin işçilərindən biri redaksiyamızın əməkdaşlarına bildirib ki, hazırda nəqliyyat naziri postunu tutan Ziya Məmmədov sözügedən idarədə rəhbər olarkən idarənin rəhbər işçiləri ilə tez-tez poker oynayarmış: «Ziya müəllim əksər hallarda udurdu və udducu pulu geri qaytarmaq niyyətindən uzaq bir adamdır». Onu da bildirək ki, bəzi məmurların adları da futbol qumarının aludəçisi kimi hallandırılır. Onların arasında ən populyarı isə gənclər və idman naziri Azad Rəhimovdur. Hətta bəzi məlumatlarda Azad Rəhimovun bu günlərdə külli miqdarda pul uduzduğu da qeyd olunur. Geri qayıt |