Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİN ADAMINDAN ŞOK BƏDXƏRCLİK

ARDNŞ ŞEFİNİN ADAMINDAN ŞOK BƏDXƏRCLİK


11-06-2012, 12:01
ARDNŞ ŞEFİNİN ADAMINDAN ŞOK BƏDXƏRCLİK

MAYAMİDƏ BİR VİLLANIN BİR AYLIQ İSTİRAHƏTİNƏ 200 MİN DOLLAR

DİA.AZ: - Bu günlərdə parlamentdə çıxış edən millət vəkili, Azərbaycanın görkəmli övladı, tanınmış sənətçimiz Zeynəb Xanlarova sıravi vətəndaşla məmurların yaşam tərzi arasındakı fərqin uçurum həddində olmasına işarə edərək bir fikir də işlətdi ki, məmurlar özlərinə bahalı villalar tikdirir, bunu da kasıblar görür.

Hər halda, Zeynəb xanım bu sözləri sırf olaraq xalqın marağından söyləmişdi və onun böyük rezonansa nədən olmuş bu çıxışı heç də o demək deyildi ki, məmurlarımız pullarını qıraqda, kasıbların gözlərindən uzaq bir yerdə xərcləsinlər. Amma deyəsən, bəziləri dünyaca məşhur sənətçimizin dediklərini səhv anlayıblar və pullarını kənarda sağa-sola səpələməklə məşğuldurlar.

Əslində məmurlarımızın bədxərcliyinə, israfçılığına kifayət qədər öyrəşmişik. Amma DİA.AZ-a daxil olan bu son məlumat bəlkə də israfçılığın, pulu-varı gözə soxmanın son həddi kimi dəyərləndirilə bilər. Mötəbər mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Dövlət Neft Şirkətində yüksək vəzifə tutan bir şəxs (o, həm də ARDNŞ prezidenti Rövnəq Abdullayevin ən yaxın adamlarından hesab olunur -red.) bu günlərdə ABŞ-ın Mayami istirahət zonasında yerləşən və satış qiyməti 34 milyon ABŞ dolları həcmində olan bahalı bir villanın bir aylıq kirayəsi üçün 200 min ABŞ dolları pul sayıb.

Mənbəmiz bildirir ki, ailəsi ilə birgə istirahət üçün həmin məkanı kirayələyən həmin ARDNŞ məmuruna bu işdə Rusiyanın turizm şirkətlərindən biri arçılıq edib: «Doğrudur, arada turizm şirkətinin də payı var. Amma məmurumuzun bir aylıq istirahət üçün bu qədər pulu havaya sovurması, hər halda bədxərcliyin, xalqdan heç bir məsuliyyət daşınmadan talanan pulların bir anda əridilməsinin bir nümunəsidir».

Onu da bildirək ki, redasiyamıza israfçı məmurumuzun kimliyi tam olaraq məlum olsa da, KİV haqqında qanunların tələbinə uyğun olaraq bu barədə olan bilgiləri açıqlamırıq.

Geri qayıt