Əsas Səhifə > Gündəm, Manşet > QƏRBİN QARŞISINA YENİ GÜC ÇIXARILIR
QƏRBİN QARŞISINA YENİ GÜC ÇIXARILIR20-10-2011, 11:12 |
HƏMİN GÜCÜ TƏŞKİL EDƏNLƏRDƏN BİRİ DƏ AZƏRBAYCANDIR DİA.AZ: - Avrasiya iqtisadi birliyi ideyası 2015-ci ildə həyata keçə bilər. Rusiya baş naziri Vladimir Putin bu fikirdədir. «İşin gedişində biz çoxlu sayda normativ aktlar qəbul etməli, ölkələrimizdə mövcud olan qanunvericiliyə dəyişikliklər etməliyik. Yalnız bundan sonra, haradasa 2015-ci ildə Avrasiya birliyi ideyasının həyata keçirilməsinə yaxınlaşa bilərik», deyə Putin bildirib. Onu da bildirək ki, Rusiya ilk dəfə deyil ki, bu ideya ilə çıxış edir. Və özünün absurd «Avropa Birliyi sevdası» ilə yüklənmiş qardaş Türkiyəyə rəsmi Moskvadan dəfələrlə dostyana şəkildə xəbərdarlıqlar edilərək bildirilib ki, Türkiyənin yeri Avroa Birliyində yox, Avrasiya birliyindədir. Hətta bu ideyanın gerçəkləşdirilməsi məqsədilə Kremlin elçiləri bir ara Ankaranın yollarını yağır da etmişdilər. Belə ki, keçmiş SSRİ-nin Türkiyədəki sabiq səfiri, hal-hazırda Rusiya prezidentinin müşaviri postunu tutan Çernışevski Ankaraya səfər edərək Türkiyəyə isti ismarıclar da yolamışdı. O bildirmişdi ki, Türkiyə də Rusiya kimi nə Avropadır, nə də Asiya: «Hər iki ölkə Avrasiya hesab olunduğundan öz iqtisadi məkanını müəyyən etməlidir, buna doğru can atmalıdır». İndi isə Vladimir Putin prezidentliyinin ikinci dönəminə start verdiyi ilk günlərdən artıq onun üçün prioritet olacaq siyasətin konturlarını açıqlamaqdadır. Hər halda, Avropanın və ABŞ-ın qarşısına Avrasiya Birliyinin çıxarılması Rusiyanın gücünün üstünə güc qatmaqla yanaşı, həm də bu birlikdə Türkiyə və İran kimi dövlətlərin də yer alacağı təqdirdə Qərb üçün əməlli-başlı rəqib cinah müəyyənləşmiş olacaq. Onu da bildirək ki, Avrasiya Birliyində hazırki MDB dövlətlərinin əksəriyyətinin, habelə Azərbaycanın özünün də təmsil olunacağı şübhəsizdir. Artıq bu barədə rəsmi Bakının Rusiyaya tam olaraq dəstək verəcəyi barədə də məlumatlar yayılıb. «Dünya» Strateji Araşdırma Qrupu Geri qayıt |