Əsas Səhifə > Güney Press, Araşdırma > MƏHBUS BAŞ REDAKTORA ƏVƏZ TAPILDI
MƏHBUS BAŞ REDAKTORA ƏVƏZ TAPILDI11-06-2012, 13:00 |
“AZADXEBER.AZ” SAYTINA PRƏVƏN ZEYNALOV RƏHBƏRLİK EDƏCƏK Jurnalist Pərvin Zeynalov “Azadxeber.az” saytına baş redaktor əvəzi təyin olunub. O, baş redaktor Nicat Əliyevin həbsinə qədər saytın xüsusi müxbiri olub. “Media forum” saytına danışan Pərvin Zeynalovun sözlərinə görə, hazırda məqsəd saytın fəaliyyətini əvvəlki kimi davam etdirməkdir. Pərvin Zeynalov 1988-ci ildə Bakı şəhərində anadan olub. İqtisad Universitetinin məzunudur. 2011-ci ilin yanvar ayından “Azadxeber.az” saytında çalışır. O vaxta qədər ölkənin bir sıra başqa kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib. Nicat Əliyev mayın 20-də tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur. Barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilən jurnalist Bakı İstintaq Təcridxanasında saxlanır. Geri qayıt |