Əsas Səhifə > Partiya, Manşet > JURNALİST PARTİYA SƏDRİNİN MÜAVİNİ OLDU

JURNALİST PARTİYA SƏDRİNİN MÜAVİNİ OLDU


11-06-2012, 13:57
JURNALİST PARTİYA SƏDRİNİN MÜAVİNİ OLDU

ÜMİD SƏDRİ İQBAL AĞAZADƏ ÖZÜNƏ İKİ YENİ MÜAVİN GÖTÜRDÜ

DİA.AZ: - Ümid Partiyasında yeniliklər baş verib. Bu barədə DİA.AZ-a partiyadakı mənbələr məlumat ötürüb. Verilən xəbərə görə, uzun müddət mətbuatda çalışmış tanınmış jurnalist Razi Abasbəyli deputat İqbal Ağazadənin rəhbərlik etdiyi Ümid Partiyasında iqtisadi məsələlər üzrə sədr müavini vəzifəsinə təyin edilib.

Bildirək ki, buna qədər Razi Abasbəyli partiyada şöbə müdiri vəzifəsini tutub. Digər təyinatla isə bir müddət əvvəl partiyadan getmiş Taleh Əliyev yenidən ümid Partiyasında sədr müavini vəzifəsinə təyin edilib. Mənbə bildirir ki, Taleh Əliyevə seçki və ideoloji məsələlər üzrə müavinlik postu verilib.


Geri qayıt