Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDA “SƏHƏR” KANALININ MÜXBİRİNƏ CƏZA İSTƏNİLDİ
BAKIDA “SƏHƏR” KANALININ MÜXBİRİNƏ CƏZA İSTƏNİLDİ11-06-2012, 14:06 |
MƏHKƏMƏ DAVAM EDİR Bu gün Binəqədi rayon Məhkəməsində İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək. Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsinə əsasən, ittiham olur. Geri qayıt |