Əsas Səhifə > Şou-biznes > MƏŞHUR AKTRİSA YENİDƏN HƏBS OLUNDU

MƏŞHUR AKTRİSA YENİDƏN HƏBS OLUNDU


20-10-2011, 11:32
MƏŞHUR AKTRİSA YENİDƏN HƏBS OLUNDU

O, ŞƏRTLƏRİ POZUBMUŞ

Hollivud ulduzu Lindsi Lohan yenidən dəmir barmaqlıqlar arxasına salınıb.

Milli.Az xəbər portalının "Associated Press"ə istinadən verdiyi məlumata görə, Lohanın yenidən həbsinə səbəb onun bir müddət əvvəl həbs olunaraq, sonradan ev dustağı kimi azadlığa buraxılmasına rəğmən, məhkəmənin müəyyənləşdirdiyi şərtləri pozmasıdır.

Həmin vaxt məhkəmə onu ictimai işə məhkum etmişdi. Aktrisanın öhdəlikləri pozması onun yenidən məhkəmə qarşısına çıxarılmasına səbəb olacaq. Məhkəməyədək isə o, həbsdə saxlanacaq.

Geri qayıt