Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOV AÇIQ ŞƏKİLDƏ VURULDU

MİSİR MƏRDANOV AÇIQ ŞƏKİLDƏ VURULDU


15-09-2011, 18:46
MİSİR MƏRDANOV AÇIQ ŞƏKİLDƏ VURULDU

“TƏHSİL NAZİRİNİN DEDİKLƏRİ POPULİST FİKİRDƏN BAŞQA BİR ŞEY DEYİL”

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun “Qafqazinfo”ya müsahibəsi

- Əli müəllim, son vaxtlar müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı məlumatlar dolaşır. Bu, nə dərəcədə realdır?
- Qeyd edim ki, daha dəqiqi, söhbət müəllimlərə və həkimlərə dövlət qulluğunun xüsusi növü statusundan gedir. Əslində, bu fikir dövlətimizin korrupsiyaya qarşı mübarizə siyasətində həyata keçirilən islahatların bir elementi kimi meydana çıxmışdır. Xatırlatmaq istəyirəm ki, hələ cənab prezidentin 20 aprel 2011 –ci il tarixli sərəncamında dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Sərəncamında göstəriş verilmişdir.

- Belə bir status müəllimlərə və həkimlərə hansı üstünlükləri verə bilər?
- Əlbəttə, bu status daha yüksək əməkhaqqı və dövlət qulluğunda olan bir sıra təminatlara ( yüksək pensiya və s.) gətirib çıxara bilər. Amma biz belə bir statusdan danışarkən təminatlardan daha çox məsuliyyət barədə danışmağı da düşünməliyik. Çünki belə olan təqdirdə, onlar həmçinin hüquqi baxımdan korrupsiya hüquq pozmasının subyektinə aid olacaqlar.

- Bu yaxınlarda təhsil naziri öz çıxışında müəllimlərə hətta 2000 manat əməkhaqqı verilməsi fikirini səsləndirdi...
- Bu populist fikirdən başqa bir şey deyil. Əlbəttə ki, əslində, müəllimin əməyi əvəzsizdir və dəyəri pul vahidi ilə ölçülə bilməz. Bir daha vurğulamaq istəyirəm ki, statusda edilə biləcək dəyişiklik onların sosial maddi təminatlarının daha da yaxşılaşdırılması ilə yanaşı, məsuliyyətlərinin də artırılmasını nəzərdə tutan bir ideyadır. Bütövlükdə isə bu rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin islahat elementlərindən biridir.

Geri qayıt