Əsas Səhifə > Partiya > QƏRB MÜXALİFƏTİ NİYƏ UNUDUB?
QƏRB MÜXALİFƏTİ NİYƏ UNUDUB?12-06-2012, 12:54 |
“SİYASİ QÜVVƏ İLK ÖNCƏ XALQ TƏRƏFİNDƏN DƏSTƏKLƏNMƏLİDİR” Hakimiyyətlə müxalifətin çəkişməsi zamanı daima Qərb diplomatları ölkə müxalifətinə müəyyən mənada dəstək verdiklərini bəyan edirlər. Lakin bu dəstək müəyyən bir mərhələyə qədər baş tutur. Belə ki, hakimiyyət ölkə müxalifətinin və beynəlxalq aləmin basqıları nəticəsində dalana dirəndikdə bu proseslərdə fəal iştirak edən Qərb diplomatları hakimiyyətdən müəyyən imtiyazlar aldıqdan sonra geri çəkilirlər. Buna 2003-cü ildə baş verən hadisələri və ölkədə keçirilən saxta seçkilərlə bağlı Qərb və ABŞ diplomatlarının göstərdiyi münasibəti misal göstərmək olar. FaktXeber.com-un, “sizcə belə olan halda ölkədə demokratik islahatlar həyata keçirmək üçün Qərbdən hər hansı bir dəstək gözləmək nə dərəcədə məntiqə uyğundur ”,- sualına aydınlıq gətirən politoloq Zərdüşt Əlizadə, maraqlı fikirlər səsləndirdi. Politoloq qeyd etdi ki, Qərbdən yalnız bir şərtlə dəstək gözləmək mümkündür ki, ölkədə islahatlar həyata keçirmək istəyən qüvvələrin özləri demokratik olsunlar: “Yəni ölkədə fəaliyyət göstərən siyasi qüvvə ilk öncə xalq tərəfindən dəstəklənməlidir. Eyni halda Qərbin dəstəyi üçün Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrin platformasından, zəkasından və potensialından çox şey asılıdır.” Qərbin zaman-zaman demokratik dəyərlərdən hakimiyyətə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayan ekspert, “sadəcə bu təzyiq atmosferdə oksigenin olması kimi təbii bir məsələdir. Yəni siyasətdə hər bir qüvvə öz marağından çıxış edir”,-deyə bildirdi: Sonda Zərdüşt bəy qeyd etdi ki, Qərb neft amilinə görə Azərbaycanda demokratik dəyərlərin tapdalanmasına göz yumur: “Neft-qaz ehtiyatları, eyni halda qonşularla münasibətimiz, regiona qarşı yeridilən siyasətə xüsusi təsir göstərir.” Geri qayıt |