Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOV KEÇMİŞ MÜAVİNİNİ BAĞIŞLAYIB?

MİSİR MƏRDANOV KEÇMİŞ MÜAVİNİNİ BAĞIŞLAYIB?


12-06-2012, 13:19
MİSİR MƏRDANOV KEÇMİŞ MÜAVİNİNİ BAĞIŞLAYIB?

TN BAKI ALİ NEFT MƏKTƏBİNƏ LİSENZİYA VERİB

Ölkə başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinə lisenziya verilib. Bu barədə Modern.az-a Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun bildirib. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun imzaladığı əmrə əsasən, Bakı Ali Neft Məktəbinə kadr hazırlığı aparmaq üçün icazə (lisenziya) verilib.

Bakı Ali Neft Məktəbinin Nizamnaməsi 2012-ci il fevral ayının 29-da Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatindan keçib.
Beləliklə, 2012-ci ildə ali məktəbə 1-ci ixtisas qrupuna aid olan “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib.
Mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Ali məktəbdə təhsil ödənişsizdir və 5-illikdir. Qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Tələbələrə 1-ci tədris ilində intensiv şəkildə “İngilis dili” və “Kompyuter və informasiya-kommunikasiya texnologiyaları” fənləri tədris ediləcək, sonrakı 4 il ərzində isə onlar ingilis dilində müasir tədris texnologiyalarının tətbiqi ilə ixtisas təhsili alacaqlar. Məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək, onlar Neft Şirkətinin ölkədəki və xaricdəki müəssisələrində zəmanətli və yüksək əməkhaqlı işlə təmin olunacaq, təhsildə fərqlənənlər gələcəkdə magistraturada və doktoranturada təhsillərini davam etdirmək imkanları əldə edəcəklər.

DİA.AZ: - Onu da bildirək ki, Misir Mərdanovun keçmiş müavini ilə münasibətlərinin gərgin olduğu söylənilirdi. Çünki nazir Elmar Qasımovun onun yerinə keçə bilməsi üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevlə təmasa keçməsi faktını öyrənmiş, bundan sonra da müavininin “vurulması” üçün hərəkətə keçmişdi.

İndi isə Mərdanov ElmarQasımovun rəhbəri olduğu tədris ocağına lisenziya verib. Hər halda bu bir hüquqi prosedurdur. Amma bazirlə keçmiş müavin arasında baş verən ilk təmas olduğundan kifayət qədər maraqlıdır.


Geri qayıt