Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİYƏ CANLI YAYINDA ƏZAB VERİLDİ
MÜĞƏNNİYƏ CANLI YAYINDA ƏZAB VERİLDİ12-06-2012, 13:41 |
RTV-DƏ MƏZƏLİ PROYEKT VAR İMİŞ Azər Süleymanlının təqdimatında yayımlanan "Azərkeş" verilişinin növbəti buraxılışında nələr baş verdi? Milli.Az-ın məlumatına görə, Şimal bölgəsində yetərincə tamaşaçı auditoriyası qazanmış Regional Televiziyanın (RTV) baxımlı layihələrindən olan "Azərkeş" verilişinin qonaqları "Xan" qrupunun üzvləri olublar. Üç istedadlı müğənni - Şamil, Ağa və Pərvizin solist olduğu qrupu olduqca mehriban qarşılayan teleaparıcı Azər Süleymanlı 90 dəqiqə ərzində tamaşaçılara yenə bolluca pozitiv enerji ötürməyə müvəffəq olub. Komplekssiz aparıcı canlı yayımda qrup üzvü Pərvizin həm də idmançı kimi tanınmasını öyrənincə, ona əzab vermək fikrinə düşüb. İri cüssəsi ilə dostlarından seçilən Pərviz düz 50 dəfə jim etmək məcburiyyətində qalıb. Tapşırığı bitirən kimi, Azər ondan bir parça muğam oxumasını da istəyib. Olduqca əzablı və çətin anlar yaşaması müğənnini heç də ruhdan salmayıb. Nəfəsini dərib, muğam oxuyan Pərvizin iddialı olmağı nəinki Süleymanlını, yaradıcı heyəti də sözün yaxşı mənasında təəccübləndirib. Məlumat üçün bildirək ki, "Xan" qrupu bəstəkar-şairə Xanım İsmayılqızının yaratdığı musiqi qrupudur. Verilişin gedişatında X.İsmayılqızı telefonla "Azərkeş"ə qoşularaq, mənəvi oğulları hesab etdiyi gənclərlə fəxr etdiyini tamaşaçılardan gizlətməyib. "Azərkeş" hər həftənin bazar günü saat 21:30-da canlı, videoyazı ilə isə çərşənbə axşamları 15:00-da yayımlanır. Verilişi RTV-nin internet saytından da izləmək olur. "Azərkeş"in informasiya dəstəyi Milli.Az-a məxsusdur. Geri qayıt |