Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR JURNALİST HƏBS OLUNDU
DAHA BİR JURNALİST HƏBS OLUNDU13-06-2012, 10:59 |
BU HƏBSİN TƏZYİQLƏRƏ XİDMƏT ETDİYİ BİLDİRİLİR DİA.AZ: - Neçə müddətdir ki, əleyhinə ifadələr alınan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov polis tərəfindən saxlanılıb. Bildirək ki, o, dünən saat 18.00-da Səbail rayon polis idarəsinə çağrılmışdı. Üç saatlıq dindirmədən sonra ona qarşı 221.1-ci maddə ilə - xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bildirək ki, Mehman Hüseynov RATİ-nin rəhbəri Emin Hüseynovun qardaşıdır və ekspertlər belə hesab edir ki, o, məhz qardaşına təzyiqlər üçün həbs olunub. Geri qayıt |