Əsas Səhifə > Güney Press, Araşdırma > ABŞ AZƏRBAYCANA SƏFİR YOLLAYACAQMI?
ABŞ AZƏRBAYCANA SƏFİR YOLLAYACAQMI?13-06-2012, 11:04 |
HƏR ŞEY BUGÜNKÜ MÜZAKİRƏLƏRDƏN ASILIDIR... Bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək. APA-nın xəbərinə görə, bu barədə ABŞ Senatının rəsmi saytında məlumat yer alıb. Xatırladaq ki, prezident Barak Obama aprelin sonunda Azərbaycandakı səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini irəli sürüb. Prezident Morninqstarın namizədliyini səfir postunda çalışan Metyu Brayza 2012-ci ilin yanvarında istefa verdikdən sonra irəli sürüb. Brayza prezidentin sərəncamı ilə səfir postuna təyin edilsə də, onun namizədliyi erməni lobbisinin təzyiqi ilə Konqresdə təsdiqlənməyib. Riçard Morninqstar 2009-cu ilin aprelindən ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır. Bundan əvvəl o Stenford və Harvard universitetlərində hüquq dərsi deyib. Morninqstar 199-2001-ci illərdə ABŞ-ın Avropa Birliyində səfiri olub. Geri qayıt |