Əsas Səhifə > Partiya > PARTİYA JURNALİSTİN MÜDAFİƏSİNƏ QALXDI
PARTİYA JURNALİSTİN MÜDAFİƏSİNƏ QALXDI13-06-2012, 12:26 |
AİP BƏYANAT YAYDI Partiyanın mətbuat xidmətindən daxil olan bəanatada bildirilir: "Azərbaycanda daha bir jurnalist saxta ittihamla şərlənərək azadlıqdan məhrum edildi. Bir insanın həyatında sübuta yetirilməyən motiv və yalançı şahidlərlə cəmiyyətdən təcrid olunmaq kimi dəyişiklik, bütövlükdə həmin cəmiyyətin faciəsi kimi qiymətləndirilməlidir. Anar Bayramlı peşəkar jurnalist kimi ölkə daxilində baş verən neqativlikləri əks etdirən reportajlar hazırlayır, ədalətsizliklərə işıq salmağa çalışır, ayrı-ayrı məmurların, xüsusən güc strukturlarının sadə vətəndaşlarla kobud, bəzən də vəhşi münasibətlərini açıb göstərirdi. Onun saxta ittihamlarla həbsini istər siyasi partiya rəhbərləri, istərsə də ictimai hüquq müdafiəçiləri pisləyir, bunu azad sözə qarşı qərəz kimi qiymətləndirirlər. Biz hesab edirik ki, jurnalistin həbsi əslində insan haqlarına qarşı böyük basqı, cəmiyyətin ictimai maraqlarını və onu narahat edən qlobal problemləri əks etdirən mətbuatın susdurulmasına yersiz cəhddir. Təəssüflə qeyd etməliyik ki, Avropa İnsan Haqları Konvensiyasına üzv dövlətlərin, beynəlxalq təşkilatların jurnalistlərə və xüsusən də Anar Bayramlı kimi vicdan məhbusu olan jurnalistlərə ciddi dəstək verməmələri diqqəti cəlb edir. Belə ikili standartlar cəmiyyətimizdə beynəlxalq təşkilatlara qarşı etimadsızlıq yaradır. Ölkədə ayrı-ayrı məmurların istəyi ilə sifarişli həbslərin baş verməsinin əsas səbəbi müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır. Hər hansı bir siyasi sistemdə bu kimi problemin aradan qaldırılmaması insan haqları və hüquqlarının davamlı pozulmasına aparacaq. Baş verən haqsızlıqların qarşısının alınmasında AİP ölkədə qanunun aliliyinin təmin olunmasını, məhkəmə və digər islahatların aparılmasını vacib sayır və tələb edir." / FaktXeber / Geri qayıt |