Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI NAZİRLİYƏ VƏZİFƏYƏ GƏTİRİLİR

İCRA BAŞÇISI NAZİRLİYƏ VƏZİFƏYƏ GƏTİRİLİR


13-06-2012, 14:09
İCRA BAŞÇISI NAZİRLİYƏ VƏZİFƏYƏ GƏTİRİLİR

PA RƏHBƏRLİYİ CƏLİLABADIN BAŞÇISINA «VAXTIN BİTDİ» DEYİB

DİA.AZ: - Uzun müddətdir ki, dövrü mətbuatda Cəlilabad rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Doğrudur, rayonla bağlı gedən qəzet materiallarında daha çox hədəfə alınanı Cəlilabad Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov olsa da, bütün bu özbaşınalıqların bir nömrəli sorumlusu hesab olunan yerli icra hakimiyyətinin rəhbəri Əziz Əzizov əsas məsul şəxsdir.

Elə bu da Prezident Administrasiyası üçün yetərli rol oynayıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, 2006-cı ilin 8 avqust tarixindən etibarən Cəlilabad rayonuna rəhbərlik edən Əziz Əzizov nədənsə hər icra başçısı dəyişikliyi seriyasında öz mövqelərini qorumağa müvəffəq olub.

Əslində bu hal heç də sirr deyil. Belə ki, bir zamanlar Bakı şəhər nəqliyyat departamentində məsul vəzifə tutan Əziz Əzizovun elə nəqliyyat naziri Ziya Məmmədova yaxın fiqur olduğu, onun himayəsi altında fəaliyyət göstərdiyi söylənilir. Bu səbəbdən kimsə Ziya Məmmədovun adamını yerindən tərpədə bilmir. Halbuki digər icra başçıları ən uzağı hər beş ildən bir ya vəzifələrini itirirlər, ya da başqa bir rayona transfer olunurlar. Yalnız istisna hallar olur ki, onlardan birini də Əziz Əzizov təşkil etməkdədir.

Redaksiyamızın əldə etdiyi bilgilərə görə, amma kimin adamı olmasına baxmayaraq, əslən cəlilabadlı olan Əziz Əzizov PA-nın qəzəb hədəfinə tuş gəlib və onun gedişi qərarı verilib: «Təsadüfi deyil ki, bu gün PA-ya yaxın mətbatda da Cəlilabad rayon icra hakimiyyətinin işi ən sərt formada tənqid olunur. Bu bir siyasətdir və sözügedən siyasətin davamı olaraq Əziz Əzizov postundan alınacaq».

Mənbəmiz onu da bildirdi ki, artıq bu barədə məlumatlı olan haiməlir Əziz Əzizov üçün yeni post tədarükündədirlər: «Onun nəqliyyat nazirliyində şöbə müdiri vəzifəsinə gətiriləcəyi barədə danışıqlar gedir».

Geri qayıt