Əsas Səhifə > Sosial, Manşet > MÜXALİFƏT MALİYYƏ BÖHRANININ ASTANASINDA
MÜXALİFƏT MALİYYƏ BÖHRANININ ASTANASINDA14-06-2012, 12:56 |
YAP İQTİDARI 2013-CÜ İLDƏ RƏQİBLƏRİNİ EHTİACLA SINAĞA ÇƏKMƏK İSTƏYİR DİA.AZ: - Hakimiyyətneçə müddətdir ki, müxalifətə qarşı qeyri-rəsmi olaraq bir maliyyə sanksiyası həyata keçirməkdədir. Uzun müddətdən bəri davam edən proses nəticəsində müxalifətə yaxın, müxalifətlə hər hansı əlaqəsi olan iş adamları ya sıradan çıxarıldı, ya da müxaliflərlə əlaqədən imtinaya məcbur edildi. Buna paralel olaraq müxalifətə yaxın dairələrə xarici qaynaqlardan daxil olan maliyyə vəsaitlərinin qarşısı da müxtəlif yollarla kəsildi. Bir sözlə, YAP iqtidarı öz rəqiblərini pulsuzluqla sınağa çəkməkdədir ki, sözügedən proses də hələ də davam edir. Son olaraq isə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ideyasının müzakirələrindən də aydın oldu ki, hakimiyyət tərəfindən «radikal müxalifət» adlanan cinaha dövlət xəttilə hansısa formada pay ötürülməyəcək. İndi isə yeni bir prosesin başlancığı ərəfəsindəyik. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı dairələr xəbər verib və gələn informasiyalardan belə bir qənaət ortaya çıxır ki, müxalifət düşərgəsini böyük bir maliyyə böhranı gözləməkdədir. Məlum olduğu kimi, bu günlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycandan olan emitentlərin qiymətli kağızlarının xaricdə yerləşdirilməsi üzrə yeni qaydaları təsdiqləyib. Sənədə əsasən, QKDK tərəfindən bu və ya digər şirkətin dövriyyədə olan səhmlərinin ən çoxu 40%-i ölkə xaricində yerləşdirilə bilər. 2008-ci ildən qüvvədə olan qanunlara əsasən, səhmdar cəmiyyətlər səhmlərin 70%-ni xaricdə yerləşdirə bilərdi. Azərbaycanın broker şirkətlərindən etdiyimiz məlumatlara görə, səhmlərin yerləşdirilməsinə məhdudiyyətin məntiqi istər antiinhisar siyasəti, istərsə də sahibkaarlıq fəaliyyətinin azadlığı və investisiya cəlb edilməsi cəhətdən aydın deyil. QKDK-da isə bu məhdudiyyət qoyulan zaman beynəlxalq təcrübənin nəzərə alındığı bildirilir. Ancaq xaricdə qiymətli kağızların yerləşdirilməsinə heç bir məhdudiyyət yoxdur. Əgər emitentin qiymətli kağızları yerli fond birjasının kotirovka vərəqinə düşməyibsə, QKDK onların ölkədən xaricdə yerləşdirilməsindən imtina edə bilər. Maraqlıdır ki, indiyəcən Azərbaycan şirkətlərinin səhmlərinin xaricdə yerləşdirilməsi faktı məlum deyil. QKDK-nın bu qaydası prosesdə şəffaflığın artırılması kimi təqdim edilə bilər. Lakin Azərbaycan reallığını nəzərə alanda ortaya başqa məqamlar çıxır. Heç kəsə sirr deyil ki, Azərbaycanda böyük şirkətlərin hamısı ya birabaşa hər hansı məmurun nəzarətindədir, ya da onun yaxınlarına məxsusdur. Onlar da öz səhmlərini daha təhlükəsiz bazarlarda yerləşdirməyə can atır. Bu baxımdan belə bir qaydanın tətbiqinin məhz indiyə, dünyada gedən proseslərlə eyni vaxta təsadüf etməsi diqqət çəkməyə bilməz. Belə bir qərar isə daha çox siyasi xarakter daşıyır. Ekspertlər də məhz bu fikirdədir. Belə ki, hakimiyyət dünyada baş verən hadisələrdən çox ciddi nəticələr çıxarıb. Bu səbəbdən də ölkəyə daxil olan və burdan gedən kapitala nəzarət artıb. Ölkəyə böyük vəsaitlərin daxil olduğundan bu pullara nəzarət çətin və təhlükəlidir. Qiymətli kağızların xaricdə yerləşdirilməsinə məhdudiyyət də məhz onlara nəzarəti artırmaq məqsədi daşıyır. Hakimiyyət bu yolla ölkədən maliyyə axınına nəzarət etməyə çalışır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən maliyyə monitorinqi mərkəzi yaradılmışdı, amma bu tip nəzarət mexanizmlərinin fayda vermədi. Görünür indi hakimiyyət yeni alternativlər tapıb. Redaksiyamıza bu barədə danışan mənbə bildirir ki, əslində bu yolla hakimiyyət siyasi müxalifətin maliyyə əməkdaşlığını kontrolu altına almış olur: «Son günlər qəbul edilən qanunlar, qanunvericiliyə edilən dəyişikliklər sırf olaraq avtoritar rejimlər üçün xarakterik olsa da, beynəlxalq qurumlar nədənsə bu barədə susurlar. Görünür, onlar da Azərbaycan müxalifətindən əllərini çəkiblər. Elə buna görə də dünənə qədər yerli müxalifətin ümid yeri kimi baxığı beynəlxalq təşkilatlar Leyla Yunus kimi müxalifyönümlü bir QHT-çi tərəfindən korrupsiyada ittiham olunur. Yəni hakimiyyət bütün bu addımlarını ata bilməsi üçün qabaqcadan lazım olan dairələri susdurub». Mənbəmiz bildirir ki, qarşıda müxalifəti böyük bir maliyyə böhranı gözləyir: «Əgər hansısa məmur və yaxud da keçmiş məmur öz maraqları naminə müxalifəti maliyyələşdirməzsə, 2013-cü ildə hətta İsa Qəmbər və Əli Kərimli kimi partiyə liderləri öz plakatlarını çap etdirmək üçün belə pul tapmaya bilərlər». Geri qayıt |