Əsas Səhifə > Şou-biznes > İKI MƏŞHUR TELEAPARICIMIZI NƏ BİRLƏŞDİRİR?
İKI MƏŞHUR TELEAPARICIMIZI NƏ BİRLƏŞDİRİR?14-06-2012, 13:41 |
YALNIZ DOSTLUQ, BELƏ DƏ OLACAQ ATV-nin "Bizim səhər" verilişinin aparıcıları Nurlana və Samir Bayramlı münasibətləri haqqında danışdılar. Milli.Az xəbər verir ki, tamaşaçıların hər gün maraqla izlədikləri proqramlar sırasında olan "Bizim səhər" verilişinin aparıcıları, 106 FM radiosunun dj-i Nurlana və şoumenlik bacarığı ilə həmkarlarından fərqlənən Samir Bayramlı aralarındakı münasibətlərdən danışıblar. Canlı yayımda müzakirəyə çıxardıqları mövzu Azərbaycan şou-biznesindəki qalmaqallardan bəhs etsə də, əsas hədəf məşhurların özəl həyatı üzərində bütünləşib. Həm Samir, həm də Nurlana etiraf ediblər ki, özləri də daxil olmaqla teleaparıcılar da şou dünyasının sakinləridir və populyarlıq baxımından sənətçilərdən heç də geri qalmırlar. Aralarındakı səmimiyyətə gəlincə, hər ikisi uzun illərdən bəri dost olduqlarını diqqətə çatırıb, münasibətlərini yalnız bu müstəvidə davam etdirdiklərini söylədilər. Teleaparıcılar onları birləşdirən dostluqlarından məmnun olduqlarını da açıq şəkildə tamaşaçılarla bölüşdülər. Geri qayıt |