Əsas Səhifə > Sosial, Manşet > ŞOU-BİZNESİMİZLƏ BAĞLI TÜKÜRPƏDƏN FAKT
ŞOU-BİZNESİMİZLƏ BAĞLI TÜKÜRPƏDƏN FAKT14-06-2012, 14:04 |
ŞOU-BİZNESİMİZLƏ BAĞLI TÜKÜRPƏDƏN FAKT TANINMIŞ MÜĞƏNNİLƏRDƏN BİRİNİN ŞOK ANONİM AÇIQLAMALARI DİA.AZ: - Dəfələrlə Azərbaycanın yerli şou biznesində əxlaq məsələsi mətbuatımız tərəfindən gündəmə gətirilsə də, bu sahədə özbaşınalıq hələ də davam etməkdədir. Elə bu günlərdə iki tanınmış sənətçimizin bir-biri ilə saçyoldusuna çıxması da deyilənlərin bir nümunəsidir. Amma daha betəri arxa planda baş verir. Şou-biznes nümayəndələrinin bildiyi, cəmiyyətin isə az məlumatlı olduğu bir dairədə. DİA.AZ-ın əməkdaşı bu günlərdə yerli şou-biznesin kişi sənətçilərindən biri ilə söhbət edib və həmin sənətçi hər birimizin tüklərini tikan kimi edəcək faktları açıqlayıb. Və əməkdaşımızın israrları qarşılığında sənətçimiz adının çəkilməməsi şərtilə onunla söhbətimizin ictimailəşməsinə razılıq verib. Biz də öz növbəmizdə razılığa əməl edərək həmin söhbəti kimsənin adının çəkilməməsi şərtilə diqqətinizə çatdırırıq. Və sizlər də Azərbaycan şou-biznesində cərəyan edən eybəcərlikdən, iyrənclikdən xəbərdar olun: - Azərbaycan şou-biznesində nə baş verir? - Vallah, əgər şou-biznes fahişəlikdirsə, aşağılanmaqdırsa, o zaman hər şey öz qaydasındadır. Normalda bunun adına şou-biznes deməzlər. Müəyyən bir musiqi həvəskarı qrupunun eybəcər bir həyat yaşamasıdır bu. - Nədən belə danışırsan? - Bu gün insanların sevə-sevə dinlədikləri müğənnilərin əksəriyyəti əslində bir fahişə həyatı yaşayır. Elə kişiləri qarışıq. Özünüz bilirsiniz kimləri nəzərdə tuturam. Əgər hansısa biri bir günün içində pula, var-dövlətə sahib olursa, bilin ki, artıq həmin yolu tutub. Çünki sənətlə birdən-birə varlanmaq qeyri-mümkündür. Təbii ki, istisnalar var, amma istisnanın özündə də müəyyən bir elementi tapmaq olar. Məsələn, aşağılanma məsələsi. Əgər kimsə toyların hesabına varlandığını deyirsə, toy mühitində həmin şəxsin şəxsiyyətinin artıq qurban verildiyi barədə dərhal qərar verə bilərsiniz. Ən böhranlı və biabırçı vəziyyət isə gənc müğənnilərlə bağlıdır. Onların əksəriyyətindən ucuz fahişə kimi istifadə olunur. Həvəslidirlər, səsləri olmasa da, oxumaq istəyirlər, o zaman bir neçə iş adamı var ki, onların əlinə düşürlər. Həmin iş adamları da səsi olmayandan müğənni düzəldirlər. Və eyni zamanda onların bədənlərini də satırlar. Gənc oğlanlar üçün isə başqa bir pul qazanma qapısı var ki, artıq həmin ünvanı Azərbaycanda hamı yaxşı tanıyır. Şou-biznesdə bir qrup da var ki, gənc müğənniləri, modelləri Türkiyəyə satmaqla məşğuldur. Türkiyədə bəlli iş adamları var. Onlar gənc müğənnilərimizi pulla bir gecələyinə, bir aylığına və ola bilər ki, daha da uzun müddətə satın alırlar. - Yəni bütün müğənnilər belədir? - Bir daha təkrarlayıram ki, yox. Amma əksəriyyəti belədr. Əgər bu gün yaşlı bir müğənni gənc müğənninin paxıllığını çəkirsə, bilin ki, bunun səbəbində nə sənət dayanır, nə də pərəstişkarlarla bağlı hansısa artma-azalma məsələsi. Sırf dediyim işlə əlaqədardır. Təbii ki, gəncsənsə, qiymətin də baha olacaq. - Nədən konkret ad çəkmirsən və həm də adının çəkilməsini istəmirsən? - Bilirsən, bu gün şou-bizneslə siyasət tam qarışıb. Siyasət deyəndə, məmurlarımızı nəzərdə tuturam. Baxırsan ki, səhnəyə təzə gəlib, populyar deyil, amma filan məmurla bir yerdə olduğundan sözünü balta da kəsmir. Yəni onları məmurlar himayə edir. Mən də açığı qorxuram. Bir-iki dəfə telekanallarda da etiraz etmək istədim. Elə bir yerdən, elə bir məmurdan hədə aldım ki, səsimi kəsib yerimdə oturmalı oldum. Geri qayıt |