Əsas Səhifə > Partiya > MÜXALİFƏT NƏHAYƏT Kİ, BİRLƏŞDİ
MÜXALİFƏT NƏHAYƏT Kİ, BİRLƏŞDİ14-06-2012, 14:15 |
QREX MÜXALİFƏTİ RADİKALLIQDA İTTİHAM EDİB “Mən ilk dəfə idi ki, Azərbaycan müxalifətinin hansısa beynəlxalq təşkilata qarşı belə vahid bir mövqedən çıxış etdiyini görürdüm”. Müxalifət liderlərinin Avropa Şurasının həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu kəskin tənqid etməsi barədə mediada məlumatlar yayılıb. Bildirilir ki, həmməruzəçilər müxalifətlə görüşəndə onların arasında kəskin mübahisə olub. Hüquq müdafiəçisi Lela Yunus isə mətbuata açıqlamasında deyib ki, Əli Kərimli və İsa Qəmbər həmin görüşü yarımçıq tərk ediblər: “Qrex müxalifət liderlərini radikal olmaqda ittiham edib. Bir sözlə, özünü Prezident Administrasiyasının rəsmisi kimi aparıb. Elçin Şıxlı deyir ki, Qrexə Azərbaycan mətbuatının ağır iqtisadi vəziyyətindən, müstəqil qalmağın çətinliyindən danışanda o cavab verib ki, İspaniyada da eyni vəziyyətdir, hətta daha pisdir. İndi biz çalışmalıyıq ki, məruzəçilərin hesabatı bu formada keçməsin. Və bu iki deputat başqası ilə əvəzlənsin. Hər iki məruzəçinin karikaturasını hazırladıb mətbuatda dərc etdirəcəyik. Karikaturada göstəriləcək ki, onların gözləri bağlıdır, yəni Azərbaycanda insan haqlarının pozulmasına göz yumurlar və ağızlarında da rüşvət simvolu kimi pul təsvir olunacaq". Görüşdə iştirak edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan “Qafqazinfo”ya açıqlamasında görüşün detallarına aydınlıq gətirib: “Həmməruzəçilər o görüşdə bizimlə iqtidar nümayəndəsi, hakimiyyətin vəkili kimi danışırdılar. İsa Qəmbər, Əli Kərimli, Həsrət Rüstəmov və mən onların bu mövqeyini çox kəskin tənqid etdik. İsa Qəmbər onlara “Sizə bu iqtidarın vəkilliyi işində uğur arzulayıram” dedi. İqtidarı daha çox müdafiə edən həmməruzəçi Pedro Aqramunt idi. Mən ona bildirdim ki, əslində belə bir mövqe tutmaqla öz ölkəsini – İspaniyanı hörmətdən salır. Əli Kərimli isə faktlarla onların fəaliyyətini ifşa etdi. Mən ilk dəfə idi ki, Azərbaycan müxalifətinin hansısa beynəlxalq təşkilata qarşı belə vahid bir mövqedən çıxış etdiyini görürdüm”. Ə. Temirxan deyib ki, əslində görüşü İsa Qəmbər və Əli Kərimli deyil, orada iştirak edən 4 müxalifət nümayəndəsinin hamısı tərk edib: “Biz hamımız eyni vaxtda görüş keçirilən zalı tərk etdi. Hesab edirəm ki, bu ciddi bir etiraz idi”. Geri qayıt |