Əsas Səhifə > Cəmiyyət > QADINLARIN VACİB BİLDİYİ TƏLİMLƏR

QADINLARIN VACİB BİLDİYİ TƏLİMLƏR


20-10-2011, 14:00
QADINLARIN VACİB BİLDİYİ TƏLİMLƏR

8 KƏNDDƏN 71 XANIM BİR ARAYA GƏLDİ

DİA.AZ: - “Qadınlar Arasında Həmrəylik” İctmai Birliyi Salyan rayonunun Çuxanlı, Parçaxalac və Kürqaraqaşlı və Neftçala rayonunun Qədimkənd, Qaralı 1, Qaralı 2, Pirəbbə, Xıllı kəndlərində ailə təssərüfatının başçısı olan qadınlara Ailə Fəlakət Planının hazırlanması ilə bağlı təlimlər keçirib.

“Qadınlar Arasında Həmrəylik” İctmai Birliyindən “Dünya” İnformasiya agentliyi redaksiyasına (dia-az.life) verilən məlumata görə, təlimi iştirakçıları hər biri ayrı-ayrılıqda öz ailəsi üçün Ailə Planı hazırlayıb. Planda əsasən ailə üzvüləri, ailə təəsrüfatı, fövaladə hallar zamanı lazım olacaq vacib əlaqələr, Qohum-qonşular barədə məlumat, fövqaladə hallar zamanı atılacaq addimlar, ilkin tibbi ləvazimat və dərmanlar və evlərinin təxliyyə planlarının hazırlayıblar. Ümumilikdə təlimlərdə 8 kəndi əhatə etməklə təlimlərdə 71 qadın iştirak edib. Təlimlər qadınlar tərəfindən maraqla qarşılanıb və onlar təlimlərin vacib olduğunu qeyd edbilər.

Təlimlər “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi “Gender fəaliyyətlərini fəlakət riskinin azaldılması proqramına inteqrasiya etmək” layıhəsi çərçivəsində keçirilib. Layihə Oxfam Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə həyata keçirilir.

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərir. Məqsədi ictimai həyatda və qərarların qəbulunda qadınların rolunun artırılması, onların problemlərinin həll edilməsidir.


Geri qayıt