Əsas Səhifə > Dünya > TÜRKMƏNLƏRDƏN KREMLƏ İSMARIC:
TÜRKMƏNLƏRDƏN KREMLƏ İSMARIC:20-10-2011, 14:04 |
“BİZİM İŞİMİZƏ QARIŞMAYIN!” Türkmənistanın Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi qurumlarının Türkmənistanın energetika sahəsində Avropa İttifaqı ilə yaxınlaşması ilə bağlı tutduğu mövqedən təəccübünü bildirir. “2008-ci ilin mayında Türkmənistan və Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmin vaxtdan etibarən müntəzəm olaraq müxtəlif səviyyələrdə Türkmənistan-Avropa görüşləri keçirilib, enerji agentliklərinin rəhbərləri səviyyəsində xüsusi işçi qrup yaradılıb. Bu prosesin məntiqi nəticəsi sentyabrın 12-də Avropa Komissiyasının Transxəzər qaz kəmərinin tikintisi haqqında danışıqlar aparılması üzrə mandatının təsdiq edilməsi oldu. Energetika bazarının suveren və bərabərhüquqlu subyektləri arasında normal, sivil əməkdaşlıq prosesi gedir. Lakin bu, Rusiyanın bəzi rəsmilərinin və bir sıra kütləvi informasiya vasitələrinin qeyri-adekvat reaksiyasına səbəb olur”. “Zəifliyi göz önündə olan arqumentlər deyil, məsələnin Türkmənistanın enerji siyasətinin mahiyyətinin və məzmununun təhrif edilməsinə yönəlmiş səmərəsiz qoyuluşu diqqəti cəlb edir”, deyə sənəddə qeyd edilir. Türkmənistan dəfələrlə bildirib ki, boru kəmərləri layihələrinin siyasiləşdirilməsinin tam əleyhinədir. Transxəzər marşrutunun həyata keçirilməsi siyasi konyunktura, kimlərinsə maraqlarını təmsil etmək istəyi deyil, ölkənin iqtisadi inkişafına olan ehtiyacın, layihənin bütün iştirakçıları üçün real qarşılıqlı faydalar diktə edir. Enerji daşıyıcılarının Avropa istiqamətində ixracı Türkmənistanın beynəlxalq strategiyasının prioritetlərindən biridir və bu mənada Transxəzər layihəsinin əhəmiyyəti böyükdür, deyə XİN qeyd edir. “Avropalı tərəfdaşlarla işgüzar və konstruktiv istiqamətdə əməkdaşlıq həyata keçirilir və bu, davam etdiriləcək. Bununla bağlı yaranan suallara gəlincə, Türkmənistan onları bütün maraqlı tərəflərlə birbaşa və açıq müzakirə etməyə hazırdır”, deyə bəyanatda bildirilir. Qeyd edək ki, Rusiya prezidentinin keçən həftə Xəzərdə Moskvanın razılığı olmadan boru kəməri tikilməməsi haqqında bəyanatından sonra Azərbaycan XİN hələ də Bakının fikrinin açıqlamağa cürət etməyib. Geri qayıt |