Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYITDA BİABIRÇILIQ
SUMQAYITDA BİABIRÇILIQ15-06-2012, 12:12 |
ŞƏHİDLƏR XİYABANINI VAP-REKLAM MƏKANINA ÇEVİRİBLƏR Sumqayıt sakinləri hər axşam dənizkənarı parkın Ulduz abidəsi adlanan ərazisinə dincəlmək üçün gəzintiyə çıxırlar. Adıçəkilən ərazidə həmçinin şəhidlərimizin uyuduğu xiyaban yerləşir. Dünən mən də ailəmlə istirahət üçün Dənizkənarı Parka gəzintiyə çıxmışdım. Lakin gəzinti zamanı rastlaşdığım hadisələr ciddi şəkildə narahatçılıq yaratdı. Belə ki, əyləncə və gəncləri əyyaşlığa şövq edən vapların və çatların reklamınının Şəhidlər Xiyabanı ətrafında yazılması gəncliyimizlə bağlı ciddi suallar doğurdu. Divarlara bu yazıların gənclər tərəfindən yazılması şübhəsizdir. Bəs, bu saytlarla bağlı rəsmi araşdırma aparıb lazımı insanları cəzalandırmaq mümkün deyilmi? Belə yazıların divarlarda neçə aylardır qalması və aidiyyəti qurumlar tərəfindən bu günə qədər pozulmaması ondan xəbər verir ki, baş verənlərlə bağlı nə kimlərsə cəzalandırılıb, nə də ki, adı çəkilən saytlarla bağlı hər hansı bir tədbir görülüb. Eyni halda, sakinlər də park ətrafında baş verən bəzi hallara görə narahat olduqlarını bildirdilər: Hər axşam ailələrimizlə dincəlmək üçün bura gəlirik. Lakin bəzi gənclərin ədəbsiz hərəkətləri ilə üzləşməyimiz bizi ciddi şəkildə narahat edir. Görürsən cavan qızlar və oğlanlar elə işlər görürlər, adam utanıb yerə girir. Hətta bəzi vaxtlar Şəhidlər Xiyabanın ətrafında bu cür işləri görməkdən belə çəkinmirlər. Nə polis hər hansı bir tədbir görür, nə də ki, özləri həya edirlər. Ümid edirəm ki, bu reportajdan sonra park ətrafında yaranmış problemlərlə bağlı müəyyən tədbirlər görüləcək. / faktxeber / Geri qayıt |