Əsas Səhifə > Partiya > POST“AVROVİZİYA” REPRESSİYALARI
POST“AVROVİZİYA” REPRESSİYALARI15-06-2012, 13:02 |
BEYNƏLXALQ TƏŞKİLATLAR RƏSMİ BAKINI QINAYIR “Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti fəallarına və mətbuata qarşı repressiyaları artıracağı barədə müşahidəçilərin proqnozları təsdiqlənir. Lakin beynəlxalq birlik bunu sakit müşahidə etməyəcək və rəsmi Bakıdan bu hücumlara son qoyulmasını tələb edir”, - fotoreportyor Mehman Hüseynov, Anar Bayramlı və digər fəalların həbsinə reaksiyanı davam etdirən beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatında deyilir. Feedom House təşkilatının bəyanatında bu həbslərlə və təzyiqlərlə bağlı dərin narahatlıq ifadə olunur. “Azərbaycan hakimiyyəti beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə, ölkə qanunvericiliyinə əməl etməli, söz və ifadə azadlığına hörmətlə yanaşmalıdır”, - təşkilatın nümayəndəsi Syuzan Kork bildirib. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi hakimiyyəti Mehman Hüseynova qarşı cinayət işini dayandırmağa çağırıb, onun həbsini insan hüquqlarının və mətbuat azadlığının boğulması kimi qiymətləndirib. Komitə qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsindən sonra hakimiyyət “Demokratiya naminə oxu!” layihəsində iştirak edənlərin, vətəndaşların hüquq və azadlıqlarının pozulmasını ifşa edənlərin, “Eurovision”u boykota çağıranların ovuna çıxıb. Prezident Administrasiyasının baş ideoloqu Əli Həsənovun özgəfikirlilərlə haqq-hesabın çəkilməsinə dair çağırışından sonra vətəndaş cəmiyyəti fəallarına qarşı hücum daha geniş vüsət alıb. Human Rights Watch təşkilatı isə öz bəyanatında qeyd edir ki, M.Hüseynovun təqib olunması “Demokratiya naminə oxu!” kampaniyasına və “Eurovision”un təndiq edilməsinə, həmçinin müxalifətçilərə qarşı polis zorakılığı haqqında fotomaterialların KİV-də dərc olunmasına hakimiyyətin cavabıdır. M.Hüseynovun və digərlərinin barəsində cinayət işi, onların təqib olunması digər müxalifətçilərə və fəallara mesajdır. Təşkilat beynəlxalq tərəfdaşları, xüsusilə Avropa Yayım Birliyini Azərbaycan hakimiyyətindən bu biabırçı praktikaya, müxalifətçilərə qarşı gələcək təqiblərə son qoymağı tələb etməyə çağırır. Geri qayıt |