Əsas Səhifə > Partiya > QURTULUŞ GÜNÜNDƏ MÜSAVATDA TƏDBİR VAR
QURTULUŞ GÜNÜNDƏ MÜSAVATDA TƏDBİR VAR15-06-2012, 13:18 |
PARTİYA FORUM KEÇİRİR İyunun 15-i Müsavat Partiyasının qərargahında “Azərbaycan: demokratiya, ictimai-siyasi duruma dair dinləmələr” mövzusunda forum keçiriləcək. Saat 14:00-da başlayacaq forum 16:00-dək davam edəcək. Forumda aşağıdakı mövzular müzakirə olunacaq: 1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişiklik; medianın durumu, son təzyiqlər RATİ –nin foto – reportyoru Mehman Hüseynova qarşı qaldırılan cinayət işi Məruzəçilər: Jurnalist Xədicə İsmayılova, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, 3. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Azər Mehdiyev Cəbhə xəttində baş verən son olaylar, əsgər ölümləri Məruzəçilər: Hərbi ekspertlər - Üzeyir Cəfərov, İldırım Məmmədov, Səməd Səmədzadə Siyasi azadlıqlar, vicdan məhbusları ilə bağlı son durum; son günlərdə müxalifət fəallarına qarşı təzyiqlər, Müsavat Gənclər Təşkilatının fəalı Sakit Əmiralıyevin həbsi Məruzəçilər: Müsavat Partiyasının başqanı İsa Qəmbər Siyasi Azadlıqları Müdafiə Alyansının(SAMA) koordinatoru Samir Kazımlı Müsavat Partiyası başqanının müavini – Gülağa Aslanlı Forumda tanınmış jurnalistlər, media ekspertləri, hərbi ekspertlər, QHT rəhbərləri, iqtisadçı ekspertlər, iştirak edəcəklər. Geri qayıt |