Əsas Səhifə > Güney Press, Araşdırma > “MƏNİ CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏYİBLƏR”
“MƏNİ CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏYİBLƏR”15-06-2012, 13:30 |
“FƏALİYYƏTİMİ DAVAM ETDİRƏCƏYƏM” “Məni cinayət məsuliyyətindən azad etməyiblər, yalnız həbs qətimkan tədbirini dəyişiblər və mən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru kimi fəaliyyətimi davam etdirəcəyəm” , - Oqtay Gülalıyev “ObyektivTV” yə (obyektiv.tv) müsahibəsində deyib. Onun sözlərinə görə, həbs və həbs qətimkan tədbirinin dəyişdirilməsi sifariş xarakteri daşıyıb və məmurların külli miqdarda dövlət vəsaitini mənimsəməsi ilə əlaqədardır. Qərargah əməkdaşları və şəxsən özü dələduzluq, korrupsiya, vətəndaşların icra orqanları tərəfindən aldadılması ilə bağlı çoxsaylı faktlar aşkarlayıblar. Onun vasitəçilik fəaliyyəti sayəsində minlərlıə adam dövlətdən almadığı kompensasiyanı, mənzili və digər yardımı alıb. O.Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu il daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ədalətli bölünməsini tələb edən sakinlərlə görüş zamanı saxlanılıb. Həbsdə sonra o, polis rəisinin müavini Rauf Məcidov və bir neçə başqa əməkdaş tərəfindən döyülüb. O.Gülalıyev aprelin 17-də Sabirabad polis təcridxanasının rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqir və fiziki təzyiqlərə məruz qalıb. O 2010-cu ilin yayından daşqının nəticələrinin aradan qaldırılması məsələsi ilə fəal məşğul olan Kür” Vətəndaş Cəmiyyətinin koordinatorudur. Qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, vətəndaşların icra orqanları tərəfindən aldadılması faktları aşkarlanıb. O.Gülalıyevin vasitəçilik səyləri nəticəsində minlərlə adam almadığı kompensasiyanı, mənzili və digər yardımı ala bilib. Sonuncu qərar Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılmasına əlavə olaraq 50 mln. manatın ayrılması barədə prezidentin fərmanı olub. Bir çox beynəlxalq təşkilatlar O.Gülalıyevin həbsini siyasi motivli hesab edib və daşqından zərərçəkənlərə yardımın verilməsində vətəndaş cəmiyyətinin iştirakına yola verməməyə çalışan hakimiyyətin hərəkətini pisləyiblər. 2010-cu ilin mayında ölkənin 8 rayonunda 100 min ha-dan çox ərazini, 20 min evi su basıb. Ümumilikdə 2012-ci ilin martına kimi daşqının nəticələrinin aradan qaldırılmasına dövlət tərəfindən 350 mln. manat ayrılıb. Lakin bu vəsaitin böyük hissəsi mənimsənilib. Yardımın paylanması prosesində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ilə bağlı “Kür” qərargahının dövlət başçısına müraciətinə cavab olaraq hakimiyyət O.Gülalıyevi həbs edib. Geri qayıt |