Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEVDƏN BENZİN OĞURLUĞU
RÖVNƏQ ABDULLAYEVDƏN BENZİN OĞURLUĞU18-06-2012, 11:44 |
DÖVLƏT NEFT ŞİRKƏTİNƏ AİD YDM-LƏRDƏ SÜRÜCÜLƏRİN CİBİNƏ GİRİRLƏR DİA.AZ: - Redaksiyamıza Bakı şəhərində yaşayan Əlövsət Xudaverdiyev adlı şikaytəçinin müraciəti daxil olub. Müraciət müəllifi portalımıza ünvanladığı məktubunda Dövlət Neft Şirkətinə id «SOCAR» yanacaq doldurma məntəqələrindəki oğurluqlardan bəhs edir. DİA.AZ-a ünvanlanan şikayət məktubunda deyilir: «Keçən həftənin şənbə günü Bibiheybət qəsəbəsi ərazisində yerləşən «SOCAR» yanacaqdoldurma məntəqəsindən 15 manatlıq benzin almaq istədim. Əvvəlcədən də digər sürücü yoldaşlar bu «zapravka»larda benzin oğurluğunun davamlı olaraq həyata keçirdiklərini bildirdiklərindən elə gözüm YDM-nin opertorunda idi. Onun hərəkətlərini izləyirdim. Sanki YDM işçisi də mənim niyə onu müşahidə etdiyimi təxmin etdiyindən əməlli-başlı xoflanmışdı». Daha sonra şikayətçi bildirir ki, onun müşahidə etməsinə baxmayaraq «SOCAR»ın operatoru öz əməlindən qalmadı: «Baxdım ki, YDM-nin monitorunda benzinin yalnız 13 manat 90 qəpiyi maşina vurulub və bu zaman opretaor əli ilə benzinvuran tapançanın tətiyini çəkdi. Və monitorda dərhal 15 manat göstərdi. Halbuki əvvəlcədən də bildirmişdik ki, benzini maşina birinci «skorist»lə vursun. Və ola bilməzdi ki, bir saniyənin içində 1 manat 10 qəpiklik benzin maşının deposuna vurulsun». Tənbəllik etməyib, maşından düşdüyünü və YDM-nin operatoruna bu barədə iradını bildirdiyini söyləyən vətəndaşın şikayət məktubunda o da qeydolunur ki, iradlarına baxmayaraq operator onu yalançı çıxarmağa başladı: «Bu zaman YDM-nin mühafizə xidmətinin əməkdaşı da gəldi. Və mənim çox əsəbi olduğumu görüb, «qardaş, biz özümüz problemi həll edərik» deyib məni «SOCAR»ın ərazisindən uzaqlaşdırdı. Halbuki, sonradan elə mühafizəçilərin operatorlarla əlbir olaraq sürücülərdən oğurluq etdiyini sonradan öyrəndim». Şikayətçinin bildirdiyinə görə, bu vurhavurdan sonra ona hətta benzin alması ilə bağlı kassa çeki də verməyiblər. Onu da bildirək ki, ilk dəfə deyil ki, Rövnəq Abdullayevin «zapravka»larında baş verən oğurluqlarla bağlı şikayətlər alırıq. Keçən günlərdə verdiyimiz məlumatlarda da vurğulamışdıq ki, ARDNŞ şefinin YDM-lərindən vergidən külli miqdarda pul gizlədilir. Bu şikayət məktubundan isə aydın olur ki, sürücülərin 1-2 litr benzininə də göz dikən Rövnəq Abdullayev əslində elə qazandığı milyonları bu formada əldə edir. Hər halda, bir sürücüdən oğurlanan bir litr benzin gün ərzində tonlarla benzin edir ki, bu da kifayət qədər böyük summadır. Geri qayıt |