Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ARZU RƏHİMOV QÜSURSUZ İŞLƏYİR

ARZU RƏHİMOV QÜSURSUZ İŞLƏYİR


18-06-2012, 11:50
ARZU RƏHİMOV QÜSURSUZ İŞLƏYİR

O, HEÇ BİR ŞİKAYƏTİN OLMADIĞINI BİLDİRDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yarandığı dövrdən indiyədək Hərbi Prokurorluğa hər hansı qanunsuzluqla bağlı heç bir məlumat, ərizə, şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisi Arzu Rəhimov bazar ertəsi jurnalistlərə deyib.

O deyib ki, artıq bu xidmət tərəfindən müəyyən işlər görülüb, hərbi çağırış həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda hərbi çağırışı respublikanın hərbi komissarlıqları tərəfindən həyata keçirilirdi. Hərbi çağırışla əlaqədar çoxsaylı qanun pozuntuları barədə bir necə rayonun hərbi komissarlıqları ilə bağlı çinayət işləri başlamışdı. Bununla əlaqədar hərbi komissarlıqlar ləğv olunub, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidmət yaradılıb.


Geri qayıt