Əsas Səhifə > Dünya > MİSİRƏ MÜSƏLMAN QARDAŞ PREZİDENT OLA BİLƏR

MİSİRƏ MÜSƏLMAN QARDAŞ PREZİDENT OLA BİLƏR


18-06-2012, 12:05
MİSİRƏ MÜSƏLMAN QARDAŞ PREZİDENT OLA BİLƏR

TƏŞKİLAT ÖZ QƏLƏBƏSİNİ ELAN EDİB

Misirdə «Müsəlman qardaşları» hərəkatı namizədi Mohammed Mursinin prezident seçkisində qələbə çaldığını bəyan edib.

Hərəkat bu barədə «Twitter» sosial şəbəkəsində elan edib.

«Müsəlman qardaşları»nın veb-saytı Mursini «Misirin seçilmiş birinci populyar prezidenti» kimi dəyərləndirib.

Qeyri-rəsmi məlumatlara görə, Mohammed Mursi 52 faiz, keçmiş baş nazir Ahmed Shafiq isə 48 faiz səs toplayıb. Shafiqin kampaniyasından hələlik heç bir açıqlama yoxdur.

Misirin seçki mərkəzinin rəsmiləri isə bildiriblər ki, prezident seçkisinin nəticələri iyunun 21-də elan ediləcək.

Iyunun 16-17-də Misirdə prezident seçkisi keçirilib.


Geri qayıt