Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİRLİKDƏ İSLAHATLAR APARILIR

NAZİRLİKDƏ İSLAHATLAR APARILIR


18-06-2012, 12:09
NAZİRLİKDƏ İSLAHATLAR APARILIR

FÜZULİ ƏLƏKBƏROVDAN DAHA BİR KADR DƏYİŞİKLİYİ

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib. Belə ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Elnur Camalxanov isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumat GUNDEMINFO.AZ -a İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq qanunvericiliyin, o cümlədən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılan kadr islahatları gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsinə, nəticə etibarilə sosial müdafiə tədbirlərinin təşkilində səmərəliliyin artırılmasına xidmət edir”-deyə nazirlikdən bildirilib.


Geri qayıt