Əsas Səhifə > Partiya > “MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏKİ FƏALLAŞMA ZAHİRİ FƏALLAŞMADIR”
“MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏKİ FƏALLAŞMA ZAHİRİ FƏALLAŞMADIR”18-06-2012, 15:58 |
AİDP ŞEFİNDƏN AÇIQLAMA GƏLDİ “Qarşıdan gələn 2013-cü il prezident seçkisi ilə bağlı müxalifət düşərgəsindəki fəallaşma zahiri bir fəallaşmadır, blok yaratma və s. kimi sosial sifarişlərə adekvat deyil”. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. T.Abbaslı bildirib ki, 5-10 nəfərin, hətta 1000 nəfərin fəallaşması ilə nə isə etmək mümkün deyil: “Konkret misal deyim. İctimai Palata inam qazana bilmir. Çünki digər qüvvələri, onların fikirlərini nəzərə almaq istəmir. Bu mənada İP formatındakı fəallaşma effekt vermir, əksinə bu hakimiyyətin dəyirmanına su tökür. Rəsul Quliyevin fəallaşması, bəzi açıqlamalar verməsi də effektli görünmür. Çünki bu fəallaşma da əlahiddə xarakter daşıyır. Cəmiyyətin deyil bir qrupun marağına xidmət edir”. Müxalifət daxilində baş verən fəallaşmanın daha çox parçalanmaya xidmət etdiyini deyən AİDP sədrinin fikrincə bu proses hakimiyyətin xeyrinədir. AİDP sədrinin fikrincə əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də mübarizə kapital üzərində qurulacaq: “Fikirlərə, ideyalara yenə yer yoxdur. Hesab edirəm ki, kapitalın əsas, birinci dərəcəli rol oynadığı mübarizəyə cəmiyyəti qoşmaq mümkün deyil”. Partiya rəhbəri onu da deyib ki, müxalifət cəmiyyətin inamını qazana bilmədiyi kimi milli burjaziyanın da fikirlərində yəqinlik yarada bilməyib: “Yəni yerli varlılar da müxalifət hakimiyyətə gələrsə nə baş verəcəyini dəqiq bilmədiyindən bu düşərgəyə maliyyə dəstəyi göztərməkdən imtina edib. Hazırda hakimiyyətə olanı qorumağa daha çox üstünlük verir”. T.Abbaslı hesab edir ki, istər müxalifətin pərakəndəliyə xidmət edən fəallaşması, istərsə də iqtidarın davam edən “Ərəb baharı” fonunda ölkədə demokratiyanın inkişafı, əhalinin sosial durumunun yaxşılaşması istiqamətində addım atmaması, xalqı bezdirən nazirləri vəzifədə saxlaması, özü üçün deyil, xalq üçün işləyən kadrlara yer verməməsi, rüşvətlə mübarizə məsələsində xalqı aldatması xarici qüvvələrin öz marağını daha rahat şəkildə reallaşdırması ilə nəticələnəcək: “Bax onda cəmiyyət yuxarıda sadaladığımız problemlər ucbatından nə müxalifətin, nə də iqtidarın sözünə baxacaq”. Geri qayıt |