Əsas Səhifə > Sosial, Manşet > MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÇÖRƏKPULU DAVASINDA

MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÇÖRƏKPULU DAVASINDA


20-06-2012, 11:41
MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÇÖRƏKPULU DAVASINDA

“1 UŞAQLA ANAMIN HİMAYƏSİNDƏYƏM, DOLANA BİLMİRƏM, KÖMƏK EDİN”

DİA.AZ: - Sumqayıt şəhəri 11-ci mk/rn, bina 2b, mənzil 22 ünvanında 1993-cü ildən məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Səfərova Natəvan Aslan qızı redaksiyamıza şikayət məktubu ilə müraciət edib.

DİA.AZ-a daxil olan həmin məktubu diqqətinizə çatdırırıq: «Mən, 1987-ci ildə Qubadlı rayonunda anadan olmuşam. Biz torpaqlarımızdan didərgin düşəndə mənim 6 yaşım var idi. Mənim atam Cəbrayıl, anam isə Qubadlı rayonundan məcburi köçkündürlər. Atamla anamın aralarında olan anlaşılmazlıq nəticəsində 1990-cı ildə ayrılıblar. Mən anamın himayəsində qalmışam.

Mən, 2005-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmalı oldum. Bu izdivacdan bir oğlan övladımız da dünyaya gəldi. Qeyd edim ki, biz qeyri-rəsmi nigahda olduğumuz üçün uşaq mənim soyadımı daşıyır: Səfərov Tahir Sahil oğlu.

Ərə getdiyimə görə rəsmi sənədə istinad edilmədən dövlət tərəfindən mənə verilən yardım çörək pulu Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən 2009-cu il tarixdə kəsilərək hələ də bu günə qədər verilmir. Eyni zamanda övladıma da heç bir müavinət ödənilmir. Hal-hazırda həyat yoldaşımdan ayrılmışam. Mən və bir oğlan övladım anam Mütəllimova Ayna Saleh qızının himayəsindəyik. Mən sözügedən bu məsələnin qeyri-qanuniliyi haqqında dəfələrlə aidiyyatı qurum və hökumət strukturlarına rəsmi və qeyri-rəsmi olaraq müraciət etməyim nəzərə alınmamışdır.

Odur ki, mən Sizlərdən rica ilə xahiş edirəm, yuxarıda sözügedən məsələni nəzarətə götürüb diqqətdə saxlayaraq, kəsilib verilməyən özümün və övladımın çörək pulumuzun verilməsinin bərpa olunmasına yardımçı olasınız».


Geri qayıt