Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > QƏRBİ AZƏRBAYCANLILAR AYAĞA QALXDILAR
QƏRBİ AZƏRBAYCANLILAR AYAĞA QALXDILAR20-06-2012, 14:35 |
«BAKI TÜRK ŞƏHƏRİDİR, BAŞQA CÜR OLA DA BİLMƏZ» DİA.AZ: - “Urbanizasiyası səbəbi ilə Bakı şəhəri həddə artıq yüklənib. Paytaxtda nəqliyyatından hərəkət çətinləşib, ölkə əhalisi əsasən burda cəmləşib. Ya paytaxt dəyişdirilməli, ya da miqrasiya dayandırılmalıdır”. Məlum olduğu kimi, dünən bu təkliflə Hüquqi və Demorkatik İslahatlar Mərkəzinin sədri İlham Əliyev çıxış edib. HDİM sədri hesab edir ki, əsasən Bakıda daha çox məskunlaşmış Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız kənara köçürülməlidir: “1988-ci ildə Ermənistandan köçkün düşmüş soydaşlarımız müxtəlif rayonlara səpələniblər. Mənim fikrimcə, zaman keçdikcə bu, onlar arasında qohumluq əlaqələrinin itməsinə səbəb olacaq. Ona görə də, qərbi azərbaycanlılar hardakı məskunlaşdırlıblar, ordan bir bölgəyəy köçürülməlidir. Belə bir ərazi Xızı rayonu və ya Samux ola bilər. Orada qərbi azərbaycanlılar üçün yeni rayon yaradıla və şəhər salına bilər. Bu halda həm qərbi azərbaycanlılar arasında qohumluq bağları itməz, həm də Bakı şəhəri əhali baxımından xeyli yüngülləşər”. Bildirək ki, HDİM sədrinin bu sözləri Qərbi Azərbaycandan olan soydaşlarımız tərəfindən qəzəblə qarşılanıb. Bununla bağlı DİA.AZ-a telefon açan Qərbi Azərbaycandan olan soydaşlarımızdan biri, məşhur Hallavar kəndində doğulmuş İbrahim İsa oğlu Qəhrəmanlın HDİM sədrinin təklifinin düşmənlərə idmət etdiyini bildirdi və bu təklifi açıqlayanın kimliyinin araşdırılmasını tələb etdi: «Dövlət bu işlə məşğul olmalıdır və həmin şəxsin kimliyi araşdırılmalıdır. Bu adam hələ bilmirmi ki, Qərbi Azərbaycanlılar və Qarabağdan məcburi köçkün düşən soydaşlarımız Bakını yenidən Azərbaycana qaytarıblar. Bakı zamanında bir erməni-yəhudi-rus qarışığı olan bir şəhər idi. Bu adam nə istəyir? Onun ruhi xəstə olmadığına kim qarantiya verir?». Xatırladaq ki, bir zamanlar «Monitor» jurnalında da «Poteryannıy qorod» başlıqlı bir məqalə dərc olunmuşdu və həmin məqalədə də göstərilirdi ki, guya qarabağlılarla Qərbi Azərbaycanlılar gələndən sonra Bakı rusdilli cameənin əlindən çıxıb. Bunları xatırladan həmsöhbətimiz bildirdi ki, onlar Bakıya gəlb evləri ermənilərdən satın alıblar: «Həmin ərəfədə ermənilər elə Bakının rusdilli cameəsinin himayəsi altında idi. Bizim ata-baba evlərimiz isə zorla ermənilər tərəfindən əlimizdən alınmışdı. Amma biz himayə altında olan erməniləri evlərindən çıxara bilmədik, evləri öz pulumuzla satın aldıq və bu məsələdə dövlət tərəfindən kimsəyə bir qəpik də yardım edilmədi». Bu kimi təkliflərin Azərbaycandakı türk düşmənlərinin maraqlarına xidmət etdiyini bildirən İbrahim Qəhrəmanlı onu da söylədi ki, Bakı bir türk şəhəridir və Bakıya hansısa dili, etnik ruhu hakim etmək istəyənlər, elə qarşılarında Qərbi Azərbaycanlıları görəcəklər. Geri qayıt |