Əsas Səhifə > Gündəm, Manşet > DİKTATORUN ÖLÜSÜNÜN FOTOSU YAYILDI

DİKTATORUN ÖLÜSÜNÜN FOTOSU YAYILDI


20-10-2011, 20:33
DİKTATORUN ÖLÜSÜNÜN FOTOSU YAYILDI

QƏDDAFİNİN OĞLU SEYF ƏL-İSLAM İSƏ SƏHRADA GİZLƏNİR

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril Müəmmar Qəddafinin öldürüldüyünü rəsmən təsdiqləyib. Məlumata görə, M. Qəddafi Sirt şəhərində pusquya salınıb. O, əsir götürülsə də, atışma zamanı aldığı güllə yaralarından ölüb.
Artıq onun meyitinin şəkilləri yayımlanıb. M. Qəddafi ilə birlikdə oğlu Motəssim də Sirtdə öldürülüb. Onların hər ikisinin meyiti Misrata şəhərinə aparılıb.

Milli Keçid Şurasındakı mənbə M. Qəddafinin oğlu Seyf əl-İslamın Sirtdən səhraya qaçdığını, orada gizləndiyini bildirib. Onun tutulması üçün lazımi tədbirlər görülür.


Geri qayıt