Əsas Səhifə > Gündəm, Manşet > DGK-NİN SƏDR MÜAVİNİNİN DİPLOMU SAXTADIR

DGK-NİN SƏDR MÜAVİNİNİN DİPLOMU SAXTADIR


21-10-2011, 11:05
DGK-NİN SƏDR MÜAVİNİNİN DİPLOMU SAXTADIR

GÖMRÜKLƏ YANAŞI, VERGİ SİSTEMİNDƏ DƏ SAXTA DİPLOMLU MƏMURLAR YETƏRİNCƏDİR

DİA.AZ: - Məlum olduğu kimi bir müddət əvvəl təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini, tanınmış yazıçı Əli Kərimin oğlu Orxan Kərimov korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edildi. Və bu həbsin motivi kimi, onun daha əvvəl milli təhlükəsizlik nazirliyinin işçiləri tərəfindən yaxalanmış fırıldaqçı Rafiq İsmayılovla işbirliyinə gedərək sənədləri saxtalaşdırdığı və korrupsiyaya yol verdiyi göstərildi.

Doğrudur, mətbuatda Orxan Kərimovun haqsız yerə həbs olunması barədə məlumatlar dolaşsa da, bu heç nəyi dəyişmədi. Və bəzi qəzetlərdə yer alan xəbərlərdə vurğulanırdı ki, əslində Misir Mərdanov keçmiş müsavatçı Orxan Kərimovu qurban verib: «Çünki məsələ ona qədər uzana bilərdi».

Rafiq İsmayılov gəlincə isə ona qarşı bir neçə maddəlik ittiham irəli sürülüb. “Dünyz” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) mötəbər mənbələrdən daxil olan informsiyada bildirilir ki, Rafiq İsmayılovun əli ilə bu vaxta qədər 100-ə yaxın şəxs tələbə adını qazanıb və hətta onların əksəriyyəti məzun olaraq, ayrı-ayrı yerlərdə həmin saxta diplomları ilə işə də düzəliblər.

Məlumatlı mənbə bildirir ki, artıq bir neçə gündür Rafiq İsmayılovun pulunu alıb «işini aşırdığı» (ən az aldığından 15 min ABŞ dolları alıb. Və bu da təxminən fırıldaqçının 2 milyona yaxın pulu dələduzluq yolu ilə ələ keçirməsindən xəbər verir - red.), tələbə adı əldə etmiş şəxslərlə bağlı da müvafiq ölçülər götürülməyə başlayıb: «Artıq onlarla «tələbənin» diqqətinə çatdırılıb ki, onların tələbəliklə saxtadır və onların attestatları müvafiq olaraq korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən götürülüb».

Bu hələ harasıdır? Məlumatlı mənbənin «Gündəm Xəbər» redaksiyasına danışdıqlarından aydın olur ki, Rafiq İsmayılovun qurbanları arasında Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin 9 yüksək ranqlı işçisi də var. Onlardan biri hətta DGK-da müavin postunu tutur: «Davamlı olaraq Rafiq İsmayılov dələduzluq xidməti göstərərək, ayrı-ayrı şəxslərə saxta diplomlar qazandırıb».

Mənbəmiz onu da bildirdi ki, Rafiq İsmayılova verdikləri pullar hesabına tələb adını qazananlara qarşı ölçü götürülsə də, nədənsə, həmin saxta yolla diplom əldə etmiş məmurlar barədə heç bir addım atılmır.

Doğrudur, bu yaxınlarda bir neçə dövlət görəvlisi məhz saxta diplomla işləməsi səbəbindən iş yerini itirməli oldu. Buna da izahat verən mənbəmiz bildirir ki, həmin şəxslər çox aşağı vəzifələrdə çalışıblar. Lakin 9 yüksək ranqlı məmur günü bu gün də saxta yolla əldə etdiyi diplomun «çörəyini yeməkdədir».


Geri qayıt