Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU» ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK
«BANK OF BAKU» ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK22-06-2012, 12:09 |
RƏSMİ BAKIDAN İRANIN İQTİSADİ DAYAQLARINA ŞOK ZƏRBƏ PLANLAMASI DİA.AZ: - Dəfələrlə ayrı-ayrı mətbu orqanlarda adı Azərbaycana arşı düşmən mövqedə dayanan İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilən və bank sektorumuzda çox mühüm bir yerdə dayanan «Bank of Baku» özünü bu günlərdə müflis elan edə bilər. Bu barədə məlumatı redaksiyamıza Azərbaycan Banklar Assosasiyasındakı məlumatlı mənbə ötürüb. Mənbənin DİA.AZ-a bildirdiklərindən blə aydın olur ki, ən böyük payçıları sırasında aralarında İran İslam İnqilabı Keşikçiləri Ordusunun sabiq generallarından birinin olduğu məşhur Oromi qardaşlarının «NAB» şirkətinin də yer aldığı «Bank of Baku» əslində İran-Azərbaycan münasibətlərindəki gərginliyin qurbanına çevrilir. Mənbəmiz bildirir ki, artıq «Bank of Baku»nun bank sektorundakı mövqeyinin, habelə iştiraketdiyi əməliyyatların, müştərilərinin digər banklarımız arasında paylaşdırılması işinə tədarük görülməkdədir. Xatırladaq ki, «Bank of Baku»nun adı İranla birgə ilk dəfə 2010-cu ilin dekabr ayında hallandırılıb. Culian Assancın rəhbərlik etdiyi məşhur «VikiLiks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdən də aydın olurdu ki, ABŞ dövləti «Bank of Baku»nun İrandan ötürülən çirkli pulların yuyulma ünvanı kimi təsbit edib. İndi isə aydın olur ki, nəhayətdə rəsmi Bakı həm də adı Bakıdakı gizli fars-molla xəfiyyəsini maliyyələşdirməkdə çəkilən «Bank of Baku»nun fəaliyyətinə xitam vermək niyyətindədir. Geri qayıt |