Əsas Səhifə > Partiya > OQTAY GÜLALIYEV TƏCİLİ ƏMƏLİYYAT OLUNMALIDIR

OQTAY GÜLALIYEV TƏCİLİ ƏMƏLİYYAT OLUNMALIDIR


22-06-2012, 13:53
OQTAY GÜLALIYEV TƏCİLİ ƏMƏLİYYAT OLUNMALIDIR

ONUN DURUMU AĞIRDIR

“Bu gün həkim müayinəsindən keçdim. Məni müayinə edən həkim uzun müddət tanıdığım və vaxtilə məni müayinə və müalicə etmiş həkimimdir”.

Bunu Teleqraf..az-a açıqlamasında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyib.

Qeyd edək ki, O.Gülalıyev 3 saylı Şüvəlan İstintaq Təcridxanasında olarkən Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin həkimləri tərəfindən müayinə olunub. Həkimlər ona vaxt itirmədən əməliyyat olunmağına dair rəsmi tibbi rəy veriblər: “Bu gün məni müayinə edən həkimim də təəssüf ki, anoloji rəy verdi və bildirdi ki, artıq xəstəlik 3- cü fazaya daxil olub ki, bu da hökmən əməliyyat olunmağımı tələb edir. Havaların isti olduğundan adətən belə cərrahiyyə əməliyyatlarının bir az sərin aylarda, payızda keçirilməsini tövsiyyə edən həkim durumumu nəzarət altında saxlamaq şərtilə mənə bir aylıq müalicə kursu yazdı”.

Xatırladaq ki, keçmiş vicdan məhbusu mədə-bağırsaq ağrılarından və bağırsaq çatından əziyyət çəkir. Həbs olunduğu müddətdə fiziki zorakalığa və işgəncələrə məruz qalan, əlverişsiz həbsxana şəraitində saxlanılan "Kür" Cəmiyyətinin koordinatorunun səhəti tеəcridxanada ağırlaşmışdı. O, türmədə ağrı kəsici dərmanlar hesabına yaşayıb. Adətən belə xəstəliklərin müalicəsi və cərrahiyyə əməliyyatı Türkiyə və İran daxil olmaqla xarici ölkələrdə çox ugurla həyata keçirilir. Amma O. Gülalıyev haqqında CM- nin 220.2- ci maddəsi ilə (mitinq və iğtişaşlara çağırış) cinayyət işinin istintağı davam etdiyindən onun ölkədən çıxışı yasaq olunub. O.Gülalıyev polis nəzarəti altında saxlanıldığından onun müalicəsi və cərrahiyyə əməliyyatının xaricdə aparılması görünür yaxın zamanlarda mümkün olmayacaq.


Geri qayıt