Əsas Səhifə > Sosial, Manşet > DEPUTATI «VURUN» SİFARİŞİ PA-DAN GƏLİB

DEPUTATI «VURUN» SİFARİŞİ PA-DAN GƏLİB


23-06-2012, 16:01
DEPUTATI «VURUN» SİFARİŞİ PA-DAN GƏLİB

İQBAL MƏMMƏDOV ONUN ŞİRKƏTİNİ HƏDƏFƏ GƏTİRƏNLƏRİ MÜƏYYƏN EDİB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, bir qrup sahibkar millət vəkili İqbal Məmmədovdan şikayətlənirlər. Onların narazılığına səbəb isə deputatın şirkəti ilə bağlı yaranmış qalmaqal idi. Onu da bildirək ki, redaksiyamıza anonim olaraq daxil olan məktubda İqbal Məmmədova sərt ittihamlar da yer alırdı.

Belə ki, məktubun mətninə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun sahibi olduğu “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan imtina edənlər isə ciddi problemlərlə, qanunsuz maliyyə sanksiyaları ilə üz-üzə qalır.

Sahibkarların sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin nəzarətində olan İqbal Məmmədov Fövqəladə Hallar Nazirliyinin çətiri altında rəhbəri olduğu şirkətin istehsal etdiyi məhsulları zorla baha qiymətə satdırır.

Sahibkarlar qeyd edir ki, onlara alternativ seçim imkanı verilmədiyinə görə, onlar da “Kaspi Yıldız” şirkətinin məhsullarını almağa məcbur olurlar: “Halbuki bu məhsulların daha keyfiyyətlisini və ucuzunu başqa müəssisələrdən də ala bilərik. Ancaq Fövqəladə Hallar Nazirliyinin qəti tapşırığı ondan ibarətdir ki, “Kaspi Yıldız” şirkətinə məxsus olmayan heç bir məhsuldan istifadə edilə bilməz. Əks halda bizi maliyyə sanksiyaları ilə hədələməkdən belə çəkinmirlər”.

Onu da bildirək ki, çox keçmədi ki, bu məsələyə İqbal Məmmədov şəxsən reaksiya verdi və deyilənlərin böhtan olduğunu açıqladı. Amma DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyalardan belə aydın olur ki, İqbal Məmmədov təkcə bu təkziblə kifayətlənməyib və onu ictimaiyyət arasında ifşa edən sahibkarların və yaxud da sahibkarın axtarışına çıxıb.

Bu barədə məlumatı verən mötəbər mənbənin sözlərinə görə, deputat əslində ortada hansısa narazı sahibkarınt olmaması qənaətinə gəlib: «İqbal Məmmədovda belə bir qənaət var ki, bu, əslində onun rəqiblərinin işidir və hansısa narazı sahibkar mövcud deyil. Sadəcə olaraq, rəqibləri bu şəkildə onu gözdən salmaq istəyirlər. Çünki deputat onunla məcburi və ya qeyri-məcburi tərəfdaşlıq edən bütün şirkətləri araşdırsa da, hansısa ipucu əldə edə bilməyib. Ona görə də, bu işdə rəqiblərinin əlinin olması qənaətinə gəlib».

«İqbal Məmmədovun rəqibi kimdir və bu işdə kim maraqlı ola bilər» sualının cavabında isə mənbəmiz maraqlı bir faktı açıqladı: «İqbal Məmmədovun rəqibi Prezident Administrasiyasında oturub. Yəni onu PA-dan «vururlar». Amma məsələ o şəkildədir ki, PA-da deputatla döyüşən şəxs onu birdəfəlik sıradan çıxara bilmədiyindən, bu şəkildə İqbal Məmmədova zərbə vurmaqla ehtiraslarını sönüdürür. Bir məsələ də var ki, bu hücumlar davamlı xarakter daşıyacaq».

Geri qayıt