Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNI YEGANƏNİ MAŞIN VURARAQ QAÇIB
MÜĞƏNNI YEGANƏNİ MAŞIN VURARAQ QAÇIB21-10-2011, 12:50 |
TÜRKİYƏ POLİSİ ONU AXTARIR Türkiyədə yaşayan azərbaycanlı müğənni Yeganə Mürsəlovanı maşın vurub. Hadisə İstanbul şəhərində baş verib. Müğənni APA-ya bildirib ki, hadisənin baş verməsində sürücü günahkar olub. Oktyabrın 19-da günorta saatlarında oğlu Ömərlə birgə yolu keçərkən qayda pozuntusuna yol verən avtomobil sürücüsü azərbaycanlı sənətçini vuraraq qaçıb. Hadisə zamanı Yeganə Mürsəlovanın ayaqları ciddi xəsarət alıb: “Həmin an nə edəcəyimi bilmədim. Fikrim oğlumun yanında idi. Sürücü məni vurduqdan sonra hadisə yerindən qaçdığı üçün onu polisə verdik. Qaçmasaydı, məni dərhal xəstəxanaya aparsaydı, bu addımı atmazdım. Gələn həftə Bakıya gəlməyi düşünürdüm, planlarım alt-üst oldu”. Y. Mürsəlova deyib ki, hazırda hadisəni törədən şəxs Türkiyə polisi tərəfindən axtarışdadır. Hadisə baş verdikdən sonra xəstəxanaya aparılan Yeganənin sol ayağının bir neçə yerində sınıqlar aşkarlanıb, ayağına gips qoyulub. Həkimlər ayağının bir ay gipsdə qalacağını bildiriblər. Qeyd edək ki, müğənni Yeganə Mürsəlova Türkiyə vətəndaşı ilə ailəlidir, Ömər adlı bir oğlu var. Geri qayıt |