Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİNDƏN YENİ İYRƏNC ÜSUL
FARS-MOLLA REJİMİNDƏN YENİ İYRƏNC ÜSUL24-06-2012, 13:01 |
RƏSMİ TEHRAN İNDİ DƏ AZƏRBAYCANDA SEPARATİZMİ QIZIŞDIRIR DİA.AZ: - Artıq hər şeydən əli üzülən, əslində özlərinə daha çox xarakterik olan «gey parad» ideyalarının cəfəngiyyat olmasını apaydın görən fars-molla mətbuatı indi də Azərbaycanda separatizmi qızışdırmağa cəhdlər etməkdədir. Artıq bu istiqamətdə Azərbaycanın ünvanına ən kəskin söyüşləri yağdıran, İranın xüsusi xidmət orqanlarının «abna.ir» portalında ilkin materiallar yerləşdirilməyə aşlayıb. Həmin materialların ruhundan da aydın olur ki, fars-molla agenturası indi də Azərbaycana sədaqət nümayiş etdirən talışları dövlətə qarşı qaldırma cəhdlərinə girişiblər. Bildirək ki, bu kimi cəhdlər əvvəllər də olub, amma heç nə alınmayıb. Diqqət yetirin, hər gün öz milli haqqını müdafiə edən 40 milyona yaxın Azərbaycan türkünün önünü müxtəlif cəzalarla, ölümlərlə kəsən rəsmi Tehran guya ki, indi hansısa etnik qrupun müdafiəsinə qalxır. Hər halda, bundan absurdu ola bilməz. DİA.AZ bildirir ki, artıq davamlı şəkildə Azərbaycanda süni problemlər yaratmağa, bu məqsədlə müxtəlif təxribatlara cəhdlər edən fars-molla mətbuatının yeni təbliğatı da iflasa uğrayacaq. «abna.ir»də yer alan həmin materiallardan birini olduğu kimi diqqətinizə çatdırırıq ki, sizlər də bu şərəfsizlik nümunəsindən xəbərdar olasınız: «Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən uzun illərdən bəri Azərbaycanda Talış Xalqının hüquqları tapdaq altında qalmaqda davam edir. Belə ki, əliyevlər rejiminin dövründə Talış Xalqına qarşı aqressiya o həddə çatdı ki, Talış Zonasının adını dəyişərək “Cənub Bölgəsi”, Talış Dağlarının adını dəyişərək “Lənkəran Dağları” qondarma adı ilə əvəz etmişlər. Statistika sayına gəldikdə isə bu xalqın sayını azı 10 dəfə azaldaraq rəsmi açıqlamalarda göstərirlər. Sanki Talış Xalqı il-ildən buxarlanmaq üzrədir. Amma Azərbaycan rejiminin növbəti antiTalış addımı bu millətin sevimli redaktoru, haqqı söyləyən bir mömün ziyalı Hilal Məmmədovu səbəbsiz yerə həbs etməsidir. Hilal Məmmədovun hüquq vəkili Anar Qasımlıdır. Mövcud rejim ölkədə digər müsəlman qardaşlarla etdiyi rəftarı Hilal Məmmədovla da etmişdir. Vəkil A. Qasımlı isə müdafiə etdiyi şəxs (müvəkkili) Hilal Məmmədovla görüş almaq barəsində “Turan”a verdiyi açıqlamada deyib: “Bütün səylərimizə baxmayaraq, vəkili olduğum Hilal Məmmədovla mənə görüş üçün icazə verilməyib”. O qeyd edib ki, iyunun 21-də axşam saat 22.00 radələrində H.Məmmədovun saxlandığı Nizami rayonundakı 37 saylı polis bölməsinə gəlib. Vəkil olaraq orderini göstərsə də hüquqlarını müdafiə etdiyi şəxslə görüşə imkan verilməyib. Vəkil H.Məmmədovun saxlanmasına dair sənədləri tələb etsə də bu sənədlər vəkilə təqdim olunmayıb. A.Qasımlı polisin bu hərəkətini vəkilin və müdafiə etdiyi şəxsin hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib. A.Qasımlı H.Məmmədovun iyunun 22-də səhər Nizami Rayon Polis Idarəsinə gətirildiyini deyib. Vəkil H.Məmmədovun saxlanılan zaman fiziki zorakılığa məruz qalması ilə bağlı ekspertizaya aparıldığını bildirib. Qeyd edək ki, əliyevlər rejimi H.Məmmədovu da Cinayət Məcəlləsinin 234-cü (külli miqdarda narkotika) maddəsilə ŞƏRLƏYƏYİB. ŞƏRLƏNMƏYƏ əsasən güya H.Məmmədovun üzərindən 5 qram, evində isə hələ müəyyn olunmayan miqdarda heroin tapılıb. H.Məmmədov əslən talışdır, Bakıda yaşayır. İki il öncə əliyevlər rejiminin Təhlükəsizlik Nazirliyinin təcridxanasında şəhid edilən, Talış Xalqının milli Professoru, “Tolişi sədo” qəzetinin redaktoru Novruzəli Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri olub. N.Məmmədovun şəhadətindən sonra isə “Taolişi sədo” qəzetinin baş redaktoru vəzifəsində çalışıb». Geri qayıt |