Əsas Səhifə > Partiya > “GÖR, İRANIN NÜVƏ SİLAHI OLSA, BİZƏ NƏ EDƏR”

“GÖR, İRANIN NÜVƏ SİLAHI OLSA, BİZƏ NƏ EDƏR”


25-06-2012, 11:28
“GÖR, İRANIN NÜVƏ SİLAHI OLSA, BİZƏ NƏ EDƏR”

İSA QƏMBƏRDƏN GÜNEY AZƏRBAYCAN AÇIQLAMASI

Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının növbəti buraxılışının qonağı olan Müsavat Partiyasının başqanı İsa Qəmbər gərginləşən İran-Azərbaycan münasibətlərindən, qonşu dövlətə qarşı sanksiyalardan, rəsmi Bakının xarici siyasətindən, Gürcüstana səfərindən və partiyasının qurultayından danışıb.

İranın nüvə silahı əldə etməsi istəyinin yalnız beynəlxalq aləmi deyil, Azərbaycanı da ciddi narahat etməli olduğunu bildirən İsa Qəmbər Tehranın hazırkı siyasətinin Azərbaycana da çox ciddi təhdid olduğunu deyib: “İran bu gün Azərbaycanı təhdid edir, daxili işlərimizə qarışır, Ermənistana dəstək verir, gör nüvə silahı əldə etsə bu təhdidin miqyası necə artar”.

“Azərbaycan ABŞ və Avropa Birliyinin İrana qarşı BMT-dən kənar sanksiyalarına qoşulmalıdırmı” sualına cavab olaraq Müsavat başqanı deyib: “ABŞ-ın timsalında Qərb Azərbaycanın təhlükəsizliyinə tam təminat versə, ölkəmiz də İrana qarşı sərt sanksiyalara qoşula bilər”.

İranın Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını bildirən İsa Qəmbər Azərbaycanın güneydəki soydaşların problemlərinə maraq göstərməsinin, onların haqlarının qorunmasına diqqət artırmasının vacib olduğunu vurğulayıb: “Soydaşlarımıza mənəvi və siyasi dəstək vermək bizim haqqımızdır. Azərbaycan dövləti İrandakı soydaşlarımızın pozulan haqlarını beynəlxalq təşkilatların gündəminə gətirməlidir”.

Beynəlxalq aləmin demokratikləşmə prosesinə dəstəyinin artdığını bildirən İsa Qəmbər prosesin artıq Qafqaza da çatdığını söyləyib: “Suriyadan sonra demokratikləşmə prosesi Cənubi Qafqaza keçəcək”.


Geri qayıt