Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞABƏY ƏSGƏROV MƏHKƏMƏYƏ GƏLMƏZSƏ...

AĞABƏY ƏSGƏROV MƏHKƏMƏYƏ GƏLMƏZSƏ...


25-06-2012, 11:58
AĞABƏY ƏSGƏROV MƏHKƏMƏYƏ GƏLMƏZSƏ...

NƏŞRİYYATIN DİREKTORU BAŞ REDAKTORLA ÜZ-ÜZƏ

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 27-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Bu dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun gələcəyi gözlənilir.

Hakim Ramella Allahverdiyeva dəfələrlə xəbərdarlıq edib ki, "zərərçəkmişlər", o cümlədən də Ağabəy Əsgərov məhkəməyə gəlmədiyi və Azərbaycan qanunlarına hörmətsiz yanaşdığı təqdirdə məhkəmə onun haqqında "məcburi gətirilmə" qərarını çıxaracaq. A.Əsgərov ona tanınan müddəti istifadə etdiyi üçün mütləq şəkildə məhkəməyə gələrək, istintaqa verdiyi ifadəni təsdiq etməlidir.

Xatırladaq ki, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli artıq məhkəmə qarşısında ifadə veriblər.

"Xural"ın növbəti məhkəmə prosesləri:

İyunun 28-də saat 15.10-da Bakı Apellyasiya Məhkəməsində “Bakı-Baltika” MMC -nin “Xural” qəzetinə qarşı qaldırılmış məhkəmə iddiasından “Xural” qəzetinin apellyasiya işinə baxılacaq.

http://www.youtube.com/watch?feature=player_embedded&hl=ru&v=iamVA-qbzK0

İyunun29-da isə "Xural"da aparılan qanunsuz vergi yoxlamaları ilə bağlı qaldırılmış cinayət işindən Əvəz Zeynallının 2 saylı İqtisad məhkəməsinə etdiyi şikayətə baxılacaq. Məhkəmə Nizami rayon Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyilə keçiriləcək.

Xatırladaq ki, Ə.Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi zamanı Bakı şəhər Vergi Departamentinin baş hüquqşqnası Səxavət Rzayev vergi ilə bağlı eyni vaxtda 2 məhkəmənin keçirilməsinin qanunsuz olması ilə bağlı vəkilin iradlarına, "onsuz da iqtisad məhkəməsində hakimbu işi rədd edəcək" kimi müəmmalı bəyanat vermiş və bu da haqlı olaraq Əvəz Zeynallının hiddətli etirazlarına səbəb olmuşdu: "Siz necə əvvəlcədən hakimin hansı qərarı verəcəyini bilə bilərsiniz? Bu dediklərindən bir daha təsdiq olunur ki, mən həqiqətən də siyasi sifariş əsasında həbs olunmuşam və artıq məhkəmələr də bizi dinləmədən siyasi sifariş əsasında ədalətsiz qərarlar qəbul edirlər. "

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.


Geri qayıt