Əsas Səhifə > Güney Press, Araşdırma > FAHİŞƏ OLMAQDAN UTANMAYAN QATAR “PROVODNİKLƏRİ”
FAHİŞƏ OLMAQDAN UTANMAYAN QATAR “PROVODNİKLƏRİ”25-06-2012, 12:22 |
BU DA BİR İNSAN HƏYATIDIR Fahişə hər yerdə fahişədir - Bir sözlə harda “tutdu” orda Açıq etiraf edim ki, qatarla heç bir yerə səfər etməmişəm. Ya taksiylə, ya da avtobusla. Bu dəfə dostlarımın istəyini nəzərə alıb, qatara bilet aldım. Dedim həm öz işlərimi görərəm, həm də qatar keyfini çıxararam. Nə isə, uzun sözün qısası. Bakı-Balakən qatarına bilet aldım. Dəmiryolu vağzalındakı qatara minən kimi dedim ki,vəziyyət elə də yaxşı olmayacaq. SV kimi təriflənən vaqondan tövlə iyi gəlirdi. Elə bil burda, bundan əvvəl adam deyil heyvan aparıblar. 21:15-də qatar yola düşəndə özümü idarə etməyə çalışırdım. Bir tərəfdən Bakının tozlu küləyi, digər tərəfdən də kupedəki boğunuq hava. Mənimlə də bir kupedə olan yol yoldaşım isə, lül piyan idi. 3 manatlıq Bakı araqlarından arada bir mənə də təklif edirdi. Gördüm yox eee kişi əl çəkən deyil. Elə hey təklif edə-edə durur. Dedim “ay dayı, mən mollayam, ölü yerinə gedirəm, içki içə bilmərəm!!!” Bundan sonra kişi təklifi dayandırsa da, qoca arvadlar kim dayanmadan danışmağa başladı. Kişinin xətrinə dəyməmək üçün, mənə verdiyini “dəyərli” məsləhətlərə başımla “hə” deyə cavabı verirdim. Amma kişi dayanmaq bilmirdi... Əlqərəz, saat 12-1 arası olardı, artıq yorulmşdum. Çölə çıxmaq istədim ki, kupeyə 35-40 yaşlarında qadın daxil olub, çay içib-içməməyimizi soruşdu. Hərəyə bir stəkan çay istədim. 15 dəqiqə sonra həmin qadın yenidən gəlib “başqa bir arzunuz?” –deyə sual verdi. Boş stəkanları alıb geri qayıtdı. Gücə saat 2-i olardı, yorğunluqdan kupedən çölə çıxdım. Başqa provodnik qadın, bərkdən “odboy” deyə qışqırırdı. Həmin 35 yaşlı qadın bu dəfə sakitcə yanıma yaxınlaşaraq, söhbət etməyə cəhd etdi. - Deyəsən birinci dəfədir qatarla gedirsiz? - Hə, elədir!! - Hiss olunur. Nə əcəb bundan əvvəl getməmisiz? - Yolum düşməyib - Yəqin ailəli olarsız? - Yox!! - Həə, mən də ailəli deyiləm. Bəs mənə bir gecəlik ərlik edə bilərsiniz? Arxada boş kupe var bəlkə ora gedək?? “Yox” cavabım, qızı əməlli başlı çaşdırmışdı. Dediyinə görə, birinci adam oldum ki, onun bu təklifinə rədd cavab vermişdim. “Qız APİ-nin “İbtidai sinif müəllimi” fakultəsini bitirmişdi. Uzun müddət işsiz olub. Biləsuvardan Bakıya pul qazanmaq üçün gəlmişdi. Amma nə qədər cəhd eləsə də bütün cəhdləri boşa çıxıb. Sonda qatarda “provodnik” işləməyi qərar alıb. 3 ilə yaxındır provodnik işləyir Dediyinə görə, qatara həm cavan oğlanlar, həm də yaşlılar minir. Hansı ilə söhbətim alınsa o gecə şanslıyam. Qız deyir, burda tək mən belə deyiləm, “burda bizə 120-150 manat verirlər. Bu maaşla nə etmək olar? Həm də, kişilərin seks ehtiyyacı mütləq ödənilməlidir” (gülür) Açığı faihşə olmağımdan utanmıram, öz istəyimlə hərəkət edirəm. Bu mənim rahatlığımdır, işimdir. Hələ işimdir nədir?? Sevdiyim peşəmdir... *** Artıq saat səhər 8 olardı. Bir təhər də olsa yuxuya gedə bilmişdim. Dostlarım məni gözləyirdi, çəkilişə getməli idik. Qonşu kupedən gülüş səsləri gəlirdi. Şəki stansiyasında düşəndə həmin qızın, başqa adamın yanında deyib-güldüyünü gördüm.... / contact.az / Geri qayıt |